YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəngərlidə partiya üzvləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatının Rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib.

Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Cəlil Rüstəmov gündəlikdə duran məsələlər barədə məlumat verib. O, Yeni Azərbaycan Partiyasının cəmiyyətin avanqard qüvvəsi kimi Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi xidmətlərini vurğulayıb, əldə olunan uğurlarda partiyanın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin müstəsna rolunu xüsusi qeyd edib.

YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli yoldan bəhs edib. O bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən ümumxalq partiyası kimi böyük nüfuz qazanıb, sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənib.

Qeyd olunub ki, YAP Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək dövlətçiliyin möhkəmləndirilməsinə və Azərbaycanın dinamik inkişafına mühüm töhfələr verib. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz böyük uğurlara imza atmaqdadır.

Daha sonra təşkilati məsələlərə baxılıb. Seyidov Ağa Seyidağa oğlu ərazi partiya təşkilatının sədri, Həsənova Səbinə Qürbət qızı isə sədr müavini seçilib.