Xəbərlər
YAP Abşeron rayon təşkilatının ərazi partiya təşkilatında görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının Xırdalan şəhər 41 saylı ərazi partiya təşkilatında görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadiyyat və Humanitar Kollecinin direktoru Hicran Əyyubova gündəlikdə duran məsələlər barədə ətraflı məlumat verib.
O bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti ölkəmizin davamlı inkişafını təmin edib. Hicran Əyyubova partiya üzvlərinin bu prosesdə fəal iştirak etdiyini xüsusi qeyd edib.
Daha sonra çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvə kimi mühüm rol oynadığını diqqətə çatdırıb. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkədə sabitlik möhkəmlənib, sosial-iqtisadi inkişaf təmin olunub, genişmiqyaslı islahatlar uğurla icra edilib.
Abbas Əliyev vurğulayıb ki, vətəndaşların sosial rifahının yüksəldilməsi, məşğulluğun artırılması, regionların davamlı inkişafı və sosial layihələrin icrası partiyanın əsas prioritet istiqamətlərindəndir. O, partiya üzvlərinin ictimai fəallığını, müxtəlif sahələrdə, o cümlədən təhsil, səhiyyə və digər mühüm sektorlarda çalışanların yüksək vətənpərvərlik ruhunda fəaliyyətini və onların dövlətçilik prinsiplərinə sadiqliyini xüsusi vurğulayıb.
Sonra təşkilati məsələlərə baxılıb. Firuzə Fərmanlı Xırdalan şəhər 41 saylı ərazi partiya təşkilatının sədri, Kamilə Ağayeva isə sədr müavini seçilib.
