YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Gənclər sabahımızdır”

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı tərəfindən 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr edilmiş “Gənclər sabahımızdır” adlı tədbir keçirilib.

Əvvəlcə rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra  tədbir iştirakçıları rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin zəngin, mənalı ömür yolundan bəhs edən kitab sərgisi və muzey eksponatları ilə tanış olublar. Onlara Ulu Öndərin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib.

YAP Ağstafa rayon təşkilatının inzibati binasında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr edilmiş film nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və digərləri 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi elan olunmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyiblər. Qeyd olunub ki, 1996-cı il fevralın 2-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Gənclərin I Forumu keçirilmişdir. 1997-ci ildən başlayaraq Prezident Heydər Əliyevin Sərəncamına əsasən, hər il fevral ayının 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.

Çıxışlarda gənclər siyasətinin Ulu Öndərin layiqli siyasi davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən ətraflı bəhs edilib.

Sonra rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman, hədiyyələr, partiya sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim edilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv