YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclər Günü Pirallahıda da qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı, Pirallahı Rayon İcra Hakimiyyəti, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Pirallahı Rayon Komitəsi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zülfiyyə Məmmədhüseynova, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı  Pirallahı Rayon Komitəsinin sədri Arzu Cahangirova, gənc fəal Ülkər Mirzəmətova çıxış ediblər.

Bildirilib ki, 1997-ci ildən etibarən 2 fevral tarixi ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Ölkədə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğu qeyd olunub. Vurğulanıb ki, Ulu Öndər gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin prioritet vəzifəsi olaraq müəyyənləşdirmişdi.

Bu gün isə gənclər siyasəti Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup gəncə fəxri fərman və hədiyyələr verilib.

DİGƏR Xəbərlər Arxiv