YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsimi rayonunda 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) birgə təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Gününün 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Nəsimi rayonu ərazisində yaşayan 20 Yanvar şəhidlərinin ailə üzvləri və həmin hadisələr zamanı sağlamlığını itirmiş əlillərlə görüş təşkil olunub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin ən şanlı səhifələrindən biridir. O qeyd edib ki, həmin gün Azərbaycan xalqı Sovet imperiyasına qarşı əliyalın, lakin böyük inam və iradə ilə mübarizəyə qalxaraq müstəqillik yolunun ilk mərhələsinə qədəm qoyub. Vurğulanıb ki, məhz 20 Yanvar faciəsi xalqımızın azadlıq istəyini daha da möhkəmləndirib və müstəqilliyə gedən yolu sürətləndirib.

Daha sonra çıxış edən 20 Yanvar Cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədri Tahir Fətullayev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. O, həmçinin bildirib ki, şəhid ailələri və əlillər hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub, onların sosial-məişət problemlərinin həlli daim diqqət mərkəzində saxlanılıb.

Tədbirin sonunda çıxış edən Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndəsi, “Süleyman Rüstəm küçəsi, 31” MİDA ərazi partiya təşkilatının sədr müavini Ceyhun Hüseynov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması və onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.