YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Cənub” qaz dəhlizi Məşvərət Şurasının 2-ci iclası da Bakıda keçirilə bilər

“Cənub” qaz dəhlizi Məşvərət Şurasının 2-ci iclası da Bakıda keçirilə bilər. İclasın gələn ilin ilk aylarında keçirilməsi nəzərdə tutulur.

Bu sözləri noyabrın 27-də keçirdiyi mətbuat konfransında Azərbaycanın energetika naziri Natiq Əliyev deyib. Nazir bildirib ki, Məşvərət Şurasının ilk iclası çox uğurlu oldu və layihələrin reallaşdırılmasına dair mühüm müzakirələr aparıldı.

“İkinci iclasın Türkiyədə keçirilməsi ilə bağlı da təkliflər var. Hesab edirəm ki, Məşvərət Şurasının 2-ci iclasının Bakıda keçirilməsi bizim üçün daha məqsədəuyğundur. Çünki “Cənub” qaz dəhlizi layihəsinin təşəbbüskarı və icraçısı da Azərbaycandır. Lakin başqa təkliflər olarsa bunları da nəzərdən keçirmək olar. İclasın gələn ilin ilk aylarında keçirilməsi planlaşdırılır”, – deyə nazir bildirib.

Qeyd edək ki, “Cənub” qaz dəhlizi Məşvərət Şurasının ilk iclası bu il fevralın 12-də Bakıda keçirilib.