YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“20 Yanvar faciəsi müdrik xalqımızın qəhramanlıq salnaməsidir!”

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı və Qazax Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları tərəfindən Qazax şəhərinin mərkəzindəki Şəhidlər xiyabanı ziyarət edilib, abidə önünə tər güllər düzülüb, şəhidlərin ruhuna dualar oxunub.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.                              

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, partiya fəalları Ülviyyə Bayramova, Fəridə Xudiyeva, şəhid atası Elxan Abdullayev 20 Yanvar hadisələri zamanı müdrik Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi yolunda böyük qəhrəmanlıq və cəsarət nümayiş etdirdiyini vurğulayıblar. Natiqlər xalqımızın başına gətirilən bu faciənin müstəqilliyə gedən yolun başlanğıcı, dövlətçilik tariximizin qanlı və şanlı səhifəsi olduğunu qeyd ediblər. "20 Yanvar faciəsi həm də şərəfli bir qəhrəmanlıq salnaməsidir, müstəqillik və istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvə nöqtəsidir".

Partiya veteranları şair Cavanşir Rüstəm və Kazım Kazımlı 20 Yanvar faciəsi ilə bağlı şeirlər səsləndiriblər.

Sonda Qazax Dövlət Dram Teatrının aktyorları ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.