Xəbərlər
Prezident İlham Əliyev isveçrəli həmkarına başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Kran-Montanada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması ilə əlaqədar İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə başsağlığı məktubu ünvanlayıb.
Dövlətimizin başçısı məktubunda qeyd edib: “Kran-Montanada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İsveçrə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”.
