YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Beyləqan rayon təşkilatında sosial şəbəkə fəalları ilə görüş keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Beyləqan rayon təşkilatında sosial şəbəkə fəalları və könüllüləri ilə görüş keçirilib.

YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov könüllülərin rayon təşkilatının ictimai və sosial həyatında fəal iştirak etdiklərini deyib. O qeyd edib ki, görüşün məqsədi Ümummilli Lider Heydər Əliyevin ideyalarını, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti təbliğ etmək məqsədi ilə gəncləri müxtəlif mövzularda daha ətraflı məlumatlandırmaq, işin səmərəliliyini artırmaq və mövcud problemləri aradan qaldırmaqdır: “Həyatımızın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artmış, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənmişdir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirak edirlər. Onlar ölkə rəhbərliyinin müxtəlif sahələr üzrə həyata keçirdiyi tədbirlərə dəstək verir, cəmiyyətdə sabitliyin və inkişafın təmin olunmasında yaxından iştirak edirlər".

Beyləqan rayon Gənclər evi Sosial Xidmət Mərkəzinin direktoru Marat Əsgərov və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Jalə Cəfərova bildiriblər ki, bu gün Azərbaycanda liderlik keyfiyyətlərinə malik, təşəbbüskar və istedadlı gəncləri üzə çıxarıb onların inkişafına təkan verən bütöv bir sistem formalaşdırılmaqdadır.

Tədbirin sonunda sosial şəbəkə fəallarına və könüllülərə hədiyyələr təqdim edilib.