YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmirdə YAP-ın 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir  rayon təşkilatı “Heydər Əliyev prospekti, məhəllə 3, bina 47 A” ünvanı üzrə ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının  təsis edilməsinin 33-cü ildönümü ilə əlaqədar tədbir keçirib. 

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən ərazi partiya təşkilatının sədri, Kürdəmir Rayon Psixiatriya Xəstəxanasının baş həkimi Mahir Mirzəyev, YAP Kürdəmir rayon təşkilatının məsləhətçisi Məhəmməd Heydərli, ərazi partiya təşkilatının sədr müavini Vüsal Məmmədli bildiriblər ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, müstəqilliyimizin dönməzliyinin təmin olunmasında həlledici rol oynayıb.

Çıxış edənlər 2020-ci ildə əldə olunmuş şanlı Zəfəri və 2023-cü ildə suverenliyin tam bərpasını xalq-iqtidar birliyinin, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətinin nəticəsi kimi qiymətləndiriblər.