YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“YAP yeni-yeni nailiyyətlər əldə edir”

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33 illiyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru, partiya fəalı Aytən İmanova, Hacıqabul Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi, ərazi partiya təşkilatının sədri Səyavuş Məmmədov və 2 nömrəli tam orta məktəbinin direktoru Şölə İbrahimova çıxış ediblər.

Natiqlər Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının tarixindən və keçdiyi şərəfli inkişaf yolundan bəhs ediblər. Onlar vurğulayıblar ki, YAP-ın bu gün beynəlxalq aləmdə nüfuzlu siyasi təşkilatlardan birinə çevrilməsi Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsidir. “Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya yeni-yeni nailiyyətlər əldə edir və bu uğurların zirvəsində Azərbaycanın tarixi Zəfəri dayanır”.