YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfərin beşinci ildönümü Daşkəsəndə də qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının, Daşkəsən Rayon İcra Hakimiyyətinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı Zəfərin beşinci ildönümü münasibətilə bayram tədbiri keçirilib.

Əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər, şəhid ailələri və müharibə veteranları Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstələri düzüblər və Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra hərbçilərin də iştirakı ilə Daşkəsən Şəhidlər Xiyabanına yürüş təşkil olunub. Şəhid məzarları ziyarət edilib, gül dəstələri düzülüb, dualar oxunub və Şəhidlər Xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulub.

Daşkəsən şəhər Heydər Əliyev meydanında rəsm, əl işləri və kitab sərgiləri nümayiş etdirilib, idmançıların və hərbçilərin nümunəvi çıxışları təqdim olunub. Həmçinin “Əsgərə məktub” aksiyası tədbirə xüsusi rəng qatıb.

Çıxışlarda bildirilib ki, bu şanlı və tarixi Qələbə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizdə bütün sahələrdə uğurla həyata keçirdiyi siyasətin, xüsusilə də ordu quruculuğunda əldə olunan böyük nailiyyətlərin nəticəsidir.

Daha sonra bayram konserti təqdim olunub.