YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"Tariximizin qızıl səhifəsi”

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının və Mingəçevir şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “8 Noyabr - Zəfər Günü: Tariximizin qızıl səhifəsi” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Daha sonra Mərkəzin foyesində “Zəfər Günü”nə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgi və kitab təqdimatı ilə tanış olublar.

Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra “Zəfər Günü”nə həsr olunmuş film nümayiş etdirilib.

Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, şəhid atası Adil Abbasəliyev, Vətən müharibəsi qazisi, ehtiyatda olan mayor Pərviz Məmmədov, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan kapitan Arif Yusubov çıxış ediblər

Qeyd olunub ki, 2020-ci ilin sentyabrında Ermənistanın sərhədboyu təxribatlarına cavab olaraq Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarına başladı. Qısa müddətdə xalq-dövlət-ordu birliyi yaranaraq işğal altında olan torpaqlarımızın azad olunmasına nail olundu.

8 noyabr 2020-ci ildə qəhrəman Azərbaycan əsgərləri Şuşa şəhərini azad etdilər. Şuşanın azad olunması müharibənin taleyini həll edən əsas hadisə oldu. 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli Bəyanatla müharibə başa çatdı.

44 günlük Vətən müharibəsi nəticəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi, BMT-nin 4 qətnaməsinin icrasını özü təmin etdi.

2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın konstitusiya quruluşu bərpa olundu. 15 oktyabr 2023-cü ildə Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərinin mərkəzində Azərbaycan bayrağını ucaltdı.

Çıxışlarda Mingəçevirli hərbçilərin Zəfər tarixindəki rolu da xüsusi qeyd edilib. Vurğulanıb ki, I Qarabağ müharibəsində 985 mingəçevirli iştirak edib, onlardan 322 nəfəri şəhidlik zirvəsinə ucalıb. Vətən müharibəsində 1041 mingəçevirli iştirak edib, 54 nəfəri şəhid olub, 100-dən çoxu yaralanıb. Antiterror əməliyyatında isə 5 şəhər sakini şəhid olub.

İndiyədək Mingəçevir şəhərində şəhid ailələri və müharibə əlillərindən 374 ailə mənzillə təmin edilib.

Tədbirin sonunda Uşaq-Gənclər İnkişaf Mərkəzinin hazırladığı Zəfər kompozisiyası təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv