YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Seçiciləri daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram

Müsahibimiz 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Sahibə Qafarova

- Sahibə xanım, parlament seçkiləri gününə qalan vaxt azaldıqca, bu mövzuda ictimai müzakirələr daha da genişlənir və deyə bilərik ki, bu gün ictimai rəydə ən çox müzakirə olunan məsələlərdən biri Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdir. Hazırda təbliğat - təşviqat kampaniyası mərhələsindəyik və partiyamızın namizədləri seçicilərlə çoxsaylı görüşlər keçirirlər. İlk olaraq, istərdik kampaniyanın gedişi ilə bağlı fikirlərinizi öyrənək.

- Bəli, haqlısınız ki, hal-hazırda ölkəmizdə ən çox müzakirə olunan, ictimai gündəmin əsas mövzularından birişübhəsiz ki, fevralın 9-Milli Məclisə keçiriləcək seçkilərdir. Bu da tam təbiidir. Çünki bilirik ki, ölkəmizin demokratik inkişafı baxımından bu seçkilər olduqca əhəmiyyətlidir. Xüsusilə, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə geniş islahatlar kursunun həyata keçirildiyi bir məqamda qanunverici orqandan gözləntilər də kifayət qədər yüksəkdir.

Mənim namizədliyim mənsub olduğum Yeni Azərbaycan Partiyası tərəfindən 98 saylı Şəmkir şəhər seçkı dairəsindən irəli sürülüb. Bu mənim üçün çox qürurverici bir hadisədir və eyni zamanda çox böyük bir etimaddır. Bu yüksək etimada görə mən partiyamıza və onun rəhbərliyinə minnətdarlığımı bildirirəm. Kampaniyanın gedişinə gəlincə, mən və partiyamızın digər namizədləri kifayət qədər fəal maraqlı seçki kampaniyası həyata keçirir. Həm qanunvericiliklə müəyyən edilmiş məkanlarda təşkil olunan kütləvi tədbirlərimizdə, həm də fərdi olaraq seçicilərlə keçirdiyimiz çoxsaylı görüşlərdə biz partiyamızın məqsəd və məramını seçicilərə çatdırmağa çalışır, daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə səs verməyə çağırırıq. Hesab edirik və müşahidələrimiz də bu yöndədir ki, seçicilərimiz YAP-ın namizədlərinə dəstəklərini ifadə edirlər.

- Sahibə xanım, Yeni Azərbaycan Partiyası bu seçkilərə kifayət qədər ciddi hazırlaşıb. Hazırda bir çox ekspertlər də YAP-ı bu seçkilərin də əsas favoriti hesab edir, partiyamızın qələbə qazanacağını düşünürlər. Sizcə, bu inamı, əminliyi şərtləndirən amillər nədən ibarətdir?

- Bu gün Yeni Azərbaycan Partiyası ölkəmizin və regionun ən güclü siyasi təşkilatıdır. Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası yarandığı gündən çox böyük və şərəfli inkişaf yolu keçib. Partiyamız bu illər ərzində xalqımıza və dövlətçiliyimizə layiqli şəkildə xidmət edib. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP ölkəmizin ictimai-siyasi proseslərində aparıcı, mühüm rol oynayır. Partiyamız xalqımızın ali mənafeyini dolğun ifadə edir.

Hazırda Yeni Azərbaycan Partiyası 740 min nəfərdən artıq vətəndaşlarımızı öz ətrafında birləşdirir və cəmiyyətin bütün təbəqələrindən olan insanların fəal təmsilçiliyinə şərait yaradıb. Belə ki, bu gün Azərbaycan gəncləri öz siyasi gələcəklərini məhz Yeni Azərbaycan Partiyası ilə bağlayırlar. Onlar burada Azərbaycan dövlətçiliyinə xidmət etmək, özlərini inkişaf etdirmək imkanı qazanırlar. O cümlədən, bu gün Yeni Azərbaycan Partiyası cəmiyyətimizin fəal qadınları üçün də geniş imkanlar təqdim edir. Azərbaycanın Birinci vitse-prezidenti, YAP-ın Sədr müavini Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti nəinki partiyamızda təmsil olunan yüzminlərlə qadınlarımız, o cümlədən bütövlükdə Azərbaycan qadını üçün nümunə və həyat məktəbi sayılır.

Əminliklə vurğulamaq istərdim kı, Yeni Azərbaycan Partiyası bundan sonra da Ulu Öndərimizin ideya və siyasi xəttinə sadiq qalaraq dövlətimizə, xalqımıza uğurla xidmət edəcək. Çünki Ümummilli Liderimiz, partiyamızın qurucusu Heydər Əliyevin də qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.

- Artıq bir neçə gündür təbliğat və təşviqat kampaniyasına start verilib və YAP-ın namizədləri seçicilərlə çoxsaylı görüşlər keçirir, onlarla daim ünsiyyətdə olursunuz. Ümumi müşahidələriniz nədən ibarətdir, vətəndaşlarımızın ölkəmizdə həyata keçirilən dövlət siyasəti, islahatlarla bağlı rəyi, mövqeyi nədən ibarətdir?

- Birmənalı şəkildə qeyd edə bilərik ki, Azərbaycan vətəndaşı, Azərbaycan seçicisi müasir, müstəqil Azərbaycan dövlətinin möhtəşəm nailiyyətlərini yüksıək qiymıtlıəndirir, bununla qürur duyur. Bu da tam obyektiv əsaslara malikdir. Azərbaycanda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən və ölkəmizin hərtərəfli dinamik inkişafını hədəfləyən ardıcıl, məqsədyönlü siyasət nəticəsində bu gün respublikamız dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən biridir. Ölkəmizdə reallaşdırılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb. Bu dövrdə Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti daha da artıb. Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil.

Əlbəttə ki, iqtisadi sahədə əldə olunan nailiyyətlər, ölkəmizin maliyyə imkanlarının əsaslı şəkildə artması sosial sahədə də ciddi islahatların həyata keçirilməsinə, inqilabi qərarların qəbul olunmasına imkan verib. Təkcə 2019-cu ildə həyata keçirilən böyük sosial paket nəticəsində 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşıb, pensiyalar, əməkhaqları, müavinətlər əsaslı şəkildə artırılıb. Bütün bunlar isə həm də o gerçəkliyi ifadə edir ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Eyni zamanda, həyata keçirilən institusional islahatların da məqsədi vətəndaşlarımızın həyat şəraitinin daha da yaxşılaşdırılmasına yönəlib. ASAN, DOST mərkəzləri kimi lahiyələr ölkəmizdə insanların obyektiv təqdirini qazanıb. Məmnuniyyətlə vurğulamaq istərdim ki, son dövrlərdə həyata keçirilən kadr islahatları da vətəndaşlarımız tərəfindən müsbət qarşılanır. Ümumi ictimai rəy bu yöndədir ki, kadr islahatları, o cümlədən idarəetmə sahəsində həyata keçirilən genişmiqyaslı islahatların başlıca məqsədi müasir dövrün yeni çağırışlarına cavab vermək, ölkə qarşısında duran vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək, idarəetmə sisteminin keyfiyyətinin yüksəltməkdir.

- Son olaraq, təbliğat kampaniyasının mühüm elementlərindən biri də namizədlərin seçicilərlə görüşlərdə onlara qarşıdakı dövr ərzində görəcəyi işlərlə bağlı verdikləri vədlərdir. Siz əgər yenidən seçicilərin etimadını qazanıb Milli Məclis üzvlüyünə seçilərsinizsə, fəaliyyətinizi əsasən hansı istiqamətdə quracaqsınız?

- Mən Milli Məclisin IV və V çağırışlarıdeputatı olmuşam. Keçən 10 il ərzində mənim fəaliyyətim əsasən iki istigamətdə olub: birincisi, Milli Məclisdə üzv olduğum komitələrin işlərində iştirak etmişəm. Belə ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə sədr müavini vəzifəsində çalışmışam və eyni zamanda Beynəlxalq münasibətlər və parlamentlararası əlaqələr komitəsinin üzvü olmuşam. Bu illər ərzində seçicilərimlə çoxsaylı görüşlər keçirmişəm, seçicilərimiz tərəfindən mənə ünvanlanan müraciətlərə baxılıb, onlarla bağlı müfaviq dövlət qurumlarına müraciətlər edilib və məktublar göndərilib, həlli mümkün olan məsələlərin həllinə nail olmağa çalışmışam. Seçicilərimizin müraciətlərində əksini tapan bir sıra məsələləri Milli Məclisin müxtəlif iclaslarında səsləndirmişəm.

Keçən illər ərzində mən AŞPA-da Azərbaycanın nümayəndə heyətinin üzvü olmuşam. Eyni zamanda, AŞPA-nın İrqçilik və ksenofobiya, Gender bərabərliyi alt komitələrinə sədrlik etmişəm. Bunlarla yanaşı, AŞPA-nin Qadınlara garşı zorakılıq üzrə Baş məruzəçisi, "Qadınlara garşı zorakılığa yox!" şəbəkəsinin siyasi koordinatoru və rəhbəri olmuşam. 2016-2018-ci illərdə mən AŞPA-nın Miqrantlar, qaçqınlar və köçkünlər məsələləri üzrə komitəsinin sədri seçilmişəm, həmçinin AŞPA-nın Büro və Daimi komitəsinin üzvü kimi ölkəmizi layiqincə təmsil etməyə çalışmışam.

Son iki il ərzində isə mən Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəriyəm. Bu illər ərzində mən öz fəaliyyətində həmişə çalışmışam ki, beynəlxalq təşkilatlarda Azərbaycanı layiqincə təmsil edim, bu tribunalardan istifadə edib Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dolğun və obyektiv şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırım.

Təbii ki, seçicilərimiz yenidən mənə etimad göstərsə, növbəti dəfə millət vəkili seçiləcəyim təqdirdə bu fəaliyyətimizi daha da uğurla həyata keçirməyə, partiyamızın rəhbərliyinin etimadını doğrultmaq, seçicilərimizi layiqincə təmsil etmək üçün var gücümlə çalışacağam. Bundan sonra da rayonumuzun və seçicilərimizin qayğılarına diqqətlə yanaşacaq, onları narahat edən məsələlərin həlli üçün əlimdən gələni edəcəyəm. Mən bütün seçicilərimizi 9 fevral tarixində keçiriləcək seçkilərdə fəal olmağa və daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram.