YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Xalqımız Azərbaycanın davamlı inkişafı naminə cənab İlham Əliyevi dəstəkləyir

Müsahibimiz Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev

- Ağalar müəllim, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Seçkiöncəsi mühiti necə qiymətləndirirsiniz?

- Aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri xalqımız və dövlətimiz üçün mühüm əhəmiyyətə malikdir. Seçkilərin nəticələri qarşıdakı dövrdə ölkəmizin inkişafı, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi və digər məsələlər kontekstində böyük xüsusi daşıyır. Azərbaycan son 15 il ərzində Prezident İlham Əliyevin siyasəti sayəsində hərtərəfli inkişaf yolu keçib. Elə bir sahə yoxdur ki, orada yüksək inkişaf göstəriciləri qeydə alınmasın. Bütün sahələrdə ardıcıl islahatlar həyata keçirilib və əhəmiyyətli uğurlar qazanılıb. Bunun əsasında isə uğurlu iqtisadi siyasət dayanır. Regionların davamlı sosial-iqtisadi inkişafı təmin edilib, Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri genişlənib, sosial məsələlər uğurla həll olunub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış mühüm nailiyyətlərdən biri ölkəmizdə möhkəm sabitliyin təmin olunması və etibarlı təhlükəsizlik mühitinin yaradılmasıdır. Azərbaycan sabitlik adası kimi bir çox ölkələr üçün örnəkdir, ölkəmizdə təhlükəsizlik mühiti hökm sürür. Azərbaycan həm də tolerantlıq nümunəsidir, ölkəmizdə müxtəlif xalqlara və mədəniyyətlərə məxsus insanlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Multikulturalizm Azərbaycan cəmiyyətində həyat tərzidir. Azərbaycan, eyni zamanda, beynəlxalq miqyasda demokratik ölkə imicinə sahibdir. Həyata keçirilən islahatlar demokratik inkişafı sürətləndirməklə yanaşı, idarəetmənin daha da təkmilləşməsini şərtləndirir, bütün bunlar isə dövlətimizin gücünün artmasını təmin etmiş olur. 

Seçkiöncəsi mühit isə olduqca sabit və şəffafdır, bütün namizədlərə bərabər şərait, imkanlar yaradılıb. Seçkilərin nəticələrini isə Azərbaycan xalqının iradəsi müəyyən edəcək. Əminəm ki, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev bu dəfə də möhtəşəm qələbə qazanacaq.

- Siz ötən dövrə nəzər salaraq ölkəmizin iqtisadi inkişafının əhəmiyyətinə toxundunuz. Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə keçdiyi tərəqqi yolunu və ölkəmizin iqtisadi inkişafını necə səciyyələndirə bilərsiniz?

- Bilirsiniz ki, ötən müddət ərzində Azərbaycan Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. İqtisadiyyatın dinamik inkişafının təmin edilməsi bütün sahələrin tərəqqisini təmin edib, əhalinin gəlirlərinin artmasını, işsizlik və yoxsulluğun azalmasını şərtləndirib, vətəndaşların rifahı daha da yaxşılaşıb. Bu gün hər bir sektorda inkişaf müşahidə olunur ki, bunun da əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət dayanır. Azərbaycanın iqtisadi  inkişaf modeli dünyada dəstəklənir. Bu gün dünyanın qlobal çağırışlarından olan yoxsulluqla mübarizə sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsi və tətbiqi vacib amil kimi qeyd edilir.  Hazırda  işsizlik, eyni zamanda, yoxsulluq 5 faiz səviyyəsindədir ki, bu da dayanıqlı inkişaf siyasətinin nəticəsidir. Ötən 15 ildə ölkəmizdə maaşların beş, pensiyaların səkkiz dəfədən çox artması da xüsusi əhəmiyyətə malikdir.

Bunlarla yanaşı, məqsədyönlü siyasət nəticəsində respublikamız öz imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib və hər cəhətdən güclü dövlətə çevrilib. Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən çoxunu özündə birləşdirən Azərbaycan regionda mühüm siyasi və iqtisadi əməkdaşlıq platformalarının yaradılmasının əsas təşəbbüskarı rolunda çıxış edir. Respublikamızın fəal iştirakı ilə həyata keçirilən enerji, infrastruktur və digər layihələr bütövlükdə regionun inkişafında mühüm rol oynayır. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən nüfuzlu bir ölkəyə çevrilib. Azərbaycanın fəal təşəbbüslər irəli sürdüyü və hər cür dəstək verdiyi enerji layihələri ölkəmizin region üçün önəmini artıran faktorlar kimi çıxış edir.

- Ağalar müəllim, ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin mühüm prioritetlərindən biri qeyri-neft sektorunun inkişaf etdirilməsi olub. Bu istiqamətdə görülən işlər və əldə edilən nəticələrlə bağlı nə deyə bilərsiniz?

- Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafını mühüm prioritetlərdən biri kimi müəyyənləşdirib. Bu istiqamətdə həyata keçirilən tədbirlər səmərəli nəticələr verib və qarşıya qoyulan hədəflərə çatmaq üçün etibarlı zəmin yaradıb. Son 14 dörd il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə artıb. Sənaye sahəsində artım 2,6 dəfə olub, kənd təsərrüfatında isə bu göstərici 1,7 dəfədir. Qeyri-neft ixracının isə 4,1 dəfə artması mühüm göstəricidir.

Özəl sektorunun inkişafı yönündə də görülən əhəmiyyətli tədbirlər müsbət nəticələrlə yadda qalıb. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti dövründə 34600-dən çox sahibkarın ümumi dəyəri 4,5 milyard manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 2,1 milyard manatdan artıq güzəştli kredit verilib ki, bunun da 75 faizi respublikanın regionlarının payına düşür. Güzəştli şərtlərlə verilən bu kreditlər sahibkarlar tərəfindən yüksək qiymətləndirilib, bu kreditlərdən səmərəli istifadə edilərək yeni müəssisələr, iş yerləri yaradılıb.

Digər tərəfdən, yeni şəraitdə Azərbaycanda aparılan islahatların böyük qismi özəl sektorda aktivliyin artmasına, ölkə boyu biznes mühitinin optimallaşdırılmasına hesablanıb. Prezident İlham Əliyevin 2016-cı il 13 iyul tarixdə imzaladığı “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Sərəncamı əsasında respublikamızda özəl bölmənin dəstəklənməsi məqsədilə kompleks tədbirlər intensiv şəkildə davam etdirilir. Respublikada sahibkarlıq subyektlərində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi təmin olunub. Eyni zamanda, regionlarda sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması baxımından ölkədə aparılan islahatlar çərçivəsində “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin qəbul edilməsi də böyük aktuallıq daşıyır. Bəhs olunan sənəddə ölkədə kiçik və orta sahibkarlığın vəziyyəti təhlil edilib, xüsusilə bu sahədə görülmüş işlər, həyata keçirilmiş islahatlar, mövcud statistika barədə ətraflı məlumat verilib. Yol xəritəsində 2020-ci ilədək strateji, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əhatə edilir. Yol xəritəsində adıçəkilən baxışlarda nəzərdə tutulan məqsədlərə nail olmaq üçün 5 strateji hədəf müəyyən edilib.

Hazırda Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi kimi sosial-iqtisadi inkişaf siyasətinin mühüm istiqamətlərində səmərəli tədbirlər reallaşdırılır. Bütün bunlar isə Azərbaycanın iqtisadi inkişafını daha da sürətləndirir.

- Bütün sahələrdə möhtəşəm uğurların əldə olunması Azərbaycan vətəndaşlarının Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəsləməsini şərtləndirib. Sizcə, bu amil özünü seçkilərin nəticələrində necə göstərəcək?

- Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu inkişaf siyasəti vətəndaş məmnunluğunu təmin edib. Çünki əhalinin rifah halı daha da yaxşılaşıb, ölkəmizin tərəqqisi insanların həyatında müsbət dəyişikliklərin meydana çıxmasına səbəb olub. Azərbaycanın dayanıqlı inkişafının mütəmadi xarakter daşıması insanların gələcəyə inamla və optimist baxmasına əsas yaradıb. Bütün bunlar cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin alternativsiz olduğunu göstərir. Azərbaycan xalqı seçkilər vasitəsilə öz iradəsini ifadə edəcək və növbəti dəfə cənab İlham Əliyevə etimad göstərəcək. Xalqımız Azərbaycanın gələcək inkişafı naminə cənab İlham Əluyevə səs verəcək!