YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində ölkəmiz dünyada sabitlik diyarına, öz sözü və mövqeyi olan dünya dövlətinə çevrilib

Müsahibimiz Milli Məclisin deputatı, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev

- Naqif müəllim, Yeni Azərbaycan Partiyasının VI Qurultayı ictimai-siyasi həyatda mühüm hadisə, ölkə tarixində mühüm qərar kimi qiymətləndirilir? Qurultay nümayəndəsi kimi təəssüratlarınızı bölüşmək istərdik.

- Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin yaşamasında müstəsna xidmətləri olmuştarixində əlamətdar hadisələr çoxdur. Partiyanın və bütövlükdə cəmiyyətin həyatında böyük siyasi hadisəyə çevrilən YAP-ın qurultaylarını xüsusi ilə qeyd etməliyik. Ölkəmizin siyasi həyatında maraqla qarşılanan hər bir qurultayda YAP-ın qarşıya qoyduğu vəzifələrin icrası müzakirə edilib, tarixi qərarlar qəbul olunub.İnsanların arzularının və siyasi iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək vətənpərvərlik və dövlətçilik ideyalarının möhkəm təməli üzərində yaranan Azərbaycanın siyasi həyatına yeni nəfəs gətirdi.Qurultay ilk növbədə göstərdi ki, sıralarında 700 mindən çox insanı birləşdirən Yeni Azərbaycan Partiyasının səmərəli fəaliyyətinin nəticəsində ölkəmiz sabitlik və inkişaf dövrünü yaşayır.

Aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi xalq tərəfindən böyük sevinclə qarşılanıb. Çünki dövlət rəhbəri cənab İlham Əliyevin uğurlu siyasi xəttinin nəticəsində ölkəmiz dünyada sabitlik diyarına, müasir dünyanın tələblərinə cavab verən bir dövlətə çevrilib, uğurları ilə beynəlxalq aləmin diqqətini özünə cəlb edə bilib. Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 15 ildə ölkənin güclü və qüdrətli iqtisadiyyatı yaxın keçmişdə bizim üçün əlçatmaz görünən arzuları reallığa çevrib. Bu müddət ərzində ölkənin regionda və beynəlxalq arenada çox böyük nüfuza sahib olmasını qeyd etmək yetərli olar. Məhz bu səbəbdən də xalq cənab İlham Əliyevi yenidən Prezident görmək istəyir.

- Rəhbərlik etdiyiniz YAP Gəncə şəhər təşkilatı seçkilərə necə hazırlaşır, seşki  kampaniyası çərçivəsində hansı tədbirlər həyata keçirir?

- Ətrafında 50 mindən artıq Heydər Əliyev ideyalarına sadiq, əqidəli insanları birləşdirən YAP Gəncə şəhər təşkilatı seçki prosesinə ciddi şəkildə hazırlaşır, öz işini partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun şəkildə qurur. Təşkilat  xüsusilə, seçki kampaniyaları dövründə partiyamızın qələbəsini təmin etmək üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. 2013 2015-ci il parlament seçkilərində, 2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumda YAP Gəncə şəhər təşkilatı yüksək fəallıq göstərib. Hazırda YAP Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsinin tədbirlər planı hazırlanıb, növbədənkənar prezident seçkiləri ilə bağlı çevik, operativ fəaliyyət göstərir. Partiya üzvləri bu kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün tam səfərbər edilib. Şəhərdə fəaliyyət göstərən 4 seçki dairəsi və 107 seçki məntəqəsi üzrə müşahidəçilərə treninqlər keçirilir. Partiya fəallarından, ziyalılardan, və nüfuzlu şəxslərdən ibarət təbliğat qrupu yaradılıb. İnanırıq ki,11 aprel-növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının  namizədi cənab İlham Əliyevə səs verəcək və zəfər çalacaqlar.

- Prezident seçkiləri ərəfəsində ölkəmizdə ictimai-siyasi, sosial-iqtisadi mühiti necə xarakterizə edilir?

- Azərbaycan bu seçkilərə dayanıqlı və davamlı ictimai-siyasi sabitliyin fonunda gedir. Ölkəmizdə seçkiqabağı mühit normaldır, ictimai-siyasi sabitlik, mükəmməl seçki sistemi mövcuddur. Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və bu Seçki Məcəlləsi ilə azad, şəffaf və demokratik seçkilər keçirmək tam mümkündür. Bu gün ölkəmizdə həyata keçirilən praqmatik siyasət yüksək meyarlara cavab verən gələcəyin qarantı rolunda çıxış edir, iqtisadi yüksəlişimizi uğurlu şəkildə modelləşdirir. Ötən il tarixə iqtisadi islahatlar ili kimi düşdü. Bunun nəticəsində iqtisadi artım baş verdi. Ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət nəticəsində manatın sabitliyi saxlanıldı. Ölkəmizdə əlverişli biznes mühiti mövcuddur, sahibkarlığa yüksək səviyyədə dəstək verilir. Azərbaycanda sənaye parkları, sənaye məhəllələri və texnoloji parklar fəaliyyət göstərir. Qeyri-neft sektorunun-kənd təsərrüfatının, turizmin, informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət göstərilir. Aqrar sahədə böyük təsərrüfatlar yaradılır. Onlara güzəştli subsidiyalar ayrılır, texniki təchizatı təmin edilir. Azərbaycan məhsulları dünya bazarına çıxarılır. Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, bütün sahələrdə, hər bir vətəndaşın həyatında müsbət dəyişikliklər baş verib. Regionların sosial-iqtisadi inkişafı sahəsində də ciddi nailiyyətlər əldə edilib və insanların sosial-rifahı daha da yüksəlib. Bütün görülən işlər, əldə olunan nailiyyətlər ölkəmizdə həyata keçirilən dövlət siyasətinin müsbət nəticələridir.

Bu gün Azərbaycanı dünya dövlətləri ilə müqayisə etsək görərik ki, ölkəmiz böyük bir demokratik inkişaf dövrünü yaşayır.

- Naqif müəllim, sosial-iqtisadi inkişaf proseslərindən danışdınız. Bu mənada təmsil etdiyiniz Gəncə şəhərinin sosial-iqtisadi mənəzərəsi necədir?

- Azərbaycanın Cənubi Qafqazın qüdrətli dövləti kimi mövqelərini daha da möhkəmləndirməsi, Prezidentin adı ilə birbaşa bağlı olan və ölkəmizin inkişafına xidmət edən bu nailiyyətlər Gəncə sakinlərində də böyük qürur hissi yaradır, onların daha səylə çalışmalarına stimul verir. Onlar ümummilli lider Heydər Əliyev siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafının davamlılığını təmin etmək üçün üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışırlar. Təkcə onu qeyd etmək yerinə düşər ki, ölkə Başçısının sahibkarlıq fəaliyyəti ilə bağlı imzaladığı fərman və sərəncamlar Nizami yurdunda sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaradıb.Bunun nəticəsidir ki, 2017-ci ildə Gəncə şəhərinə ümumi dəyəri 338 milyon 700 min manat investisiya qoyulub. 2018-ci ildə isə bu rəqəmin 1,8 dəfə artması gözlənilir. Ölkəmizdə özəl sektora göstərilən dövlət qayğısından bəhrələnən 14 sahibkarlıq subyekti tərəfindən 20-yə yaxın xarici ölkəyə 183 milyondan çox rəqabətqabiliyyətli məhsul ixrac olunub və özəl sektorun ümumi daxili məhsuldakı payı artaraq 81,0 faizə çatıb. Gəncə Dövlət Dram Teatrının, İdman Sarayının, 249 mənzilli yataqxananın, şəhər Psixiatriya Xəstəxanasının beynəlxalq standartlara uyğun yeni binaları tikilir, Gəncəçay sol sahilində Park Bulvar Kompleksi salınır. Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən Gəncənin müasir tarixində ən böyük sosial layihə olan içməli su xəttinin və kanalizasiya sistemi yenidən qurulur. Şəhərdə geniş vüsət alan adadlıq-quruculuq işləri sayəsində yeni iş yerləri açılıb. “Grand Qafqaz” Ticarət Mərkəzində və Gəncə MALL-da minlərlə gənc işlə təmin edilib. 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan Süni Mərmər Qranit Zavodunda 400 nəfər, Kərpic Zavodunda isə 100-dən çox insan işlə təmin olunacaq. Bu gün Gəncədə əldə olunan nailiyyətlər, tətbiq edilən yeniliklər, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, tarixi keçmişimizə, böyük gələcəyimizə göstərilən diqqət və qayğı, müasir dövrün tələblərinə həmahəng olan məqsədyönlü işlər uğurların zəmanətinə çevrilib. Bu, bir daha onu deməyə imkan verir ki, bundan sonrakı dövrdə də növbəti nailiyyətlər üçün əsaslar yaradılıb. Bütün bunların təməlində isə ulu öndər Heydər Əliyev siyasi kursuna sarsılmaz sədaqət, milli dövlətçiliyə sıx bağlılıq, yüksək nizam-intizam, yorulmaz fəaliyyət və vətənpərvərlik dayanır.