YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Dövlətin yaratdığı geniş imkanlar nəticəsində gənclər cəmiyyətin avanqard qüvvəsinə çevrilib

Müsahibimiz MM-in deputatı, YAP-ın Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev

- Azərbaycan Gəncliyi 2017-2021 Dövlət proqramı Azərbaycan gəncliyinin inkişafında hansı məqsəd və vəzifələri hədəf müəyyənləşdirmişdir.

- Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb.

Ölkədə aparılan məqsədyönlü siyasətinin nəticəsidir ki, Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb.

Ölkə Başçısı cənab İlham Əliyevin sentyabr ayının 15-də imzaladığı “Azərbaycan gəncliyi 2017/2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında imzaladığı Sərəncam gənclərə göstərilən dövlət qayğısının davamıdır.

Prezident cənab İlham Əliyev gənclərə olan münasibətini belə ifadə edib: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Ölkə gəncləri də öz növbəsində bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, Vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar.

- Layihə çərçivəsində hansı tədbirlərin həyata keçiriləcəyi nəzərdə tutulub?

- Azərbaycanda dövlət gənclər siyasəti beynəlxalq müstəvidə bir modeldir. Bunu Azərbaycana gələn xarici qonaqlar xüsusi ilə vurğulayırlar. Dəfələrlə bildiriblər ki, gənclərlə iş sahəsində nəyisə öyrətməyə gəlmişdik, amma burdan nəsə öyrənib qayıdırıq.

“Azərbaycan gəncliyi 2017/2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq ölkədə gənclər siyasəti daha səmərəli həyata keçiriləcək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakı təmin ediləcək, onların yaradıcı və innovativ potensialının üzə çıxarılması dəstəklənəcək, gənc nəslin sağlamlığının qorunmasına, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqət daha da artırılacaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə ediləcək, ölkədə könüllülük hərəkatı sürətləndiriləcək. Bu gün, birinci vitse-prezident Mehriban Əliyevanın təyinatı ilə yeni struktur formalaşdı, Gənclər Siyasəti və İdman məsələləri şöbəsi yaradıldı və müdiri Yusuf Məmmədəliyev təyin olundu. Gördüyünüz kimi, mərkəzi idarəetmə gücləndirilib, bir azərbaycanlı gənc və millət vəkili olaraq, ümid və gözləntilərim çoxdur.

- Bu ilk və yeganə Dövlət proqramı deyil,  2005-ci il 30 avqust tarixində əsası qoyulan 2005-2009-cu illəri əhatə edən Azərbaycan Gəncliyi dövlət proqramının Azərbaycan gəncliyinə  nə kimi faydası oldu?

- Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Məhz bunun nəticəsidir ki, Azərbaycan tarixinin hər bir mərhələsində olduğu kimi, 2005-2009-cu illərdə də gənclər aparıcı sosial-siyasi qüvvəyə çevrilib, müstəqilliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində yaxından iştirak edərək tarixi nailiyyətlərə imza  atıblar. Dövlətin diqqət və qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilib, onların layihə və proqramlarına mütəmadi dəstək verilib.

- Gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində, beynəlxalq tədbirlər həyata keçirildi gənclərə kiçik beynəlxalq əlaqələrini qurmaga, cəmiyyətə asan inteqrasiya olunmasına  səbəb oldu. Gənclər rəhbər vəzifələrə təyin olundu-onlara etimad göstərildi. Könüllü ordusu formalaşdı.Sayca 3-cü dövlət proqramında gəncləri hansı xoş sürprizlər gözləyir?

- 2011-2015-ci illəri əhatə edən Dövlət Proqramı Gəncə şəhərində daha fəallıqla həyata keçirilib. Şəhərimiz MDB məkanında ilk olaraq “Avropa Gənclər Paytaxtı – 2016″ layihəsinin qalibi olan şəhər kimi tanınıb. Gəncə həm də Avropa İttifaqına daxil olmadan bu titulu əldə edən ölkəmizin ilk şəhəri olaraq dünyaya nümunə olub. Bu möhtəşəm uğur təsadüfi əldə edilməyib. Şəhərimiz 2012-ci ildə ölkəmizin ilk “Gənclər paytaxtı” olub. Gəncə gəncliyi dövlətə, dövlətçiliyə sədaqət sahəsində həqiqi örnək, nümunə olduğunu öz əməli fəaliyyətləri ilə  nümayiş etdirib. Ötən il ərzində şəhərimizdə ilk dəfə olaraq yüzlərlə yerli və beynəlxalq miqyaslı layihələr həyata keçirilib. Gəncə gəncləri ilk dəfə ölkəmizdə keçirilən “Avropa Gənclər Festivalı”, “Türkdilli ölkələrin Gənclər Festivalı”, “Avropa şəhərciyi” beynəlxalq layihəsi, bundan əlavə “Tarixin canlı səhifələri” beynəlxalq gənclər festivalı kimi əhəmiyyətli tədbirlərin iştirakçısı olmaqla bərabər, həm də bu layihələrin təşkilatçısı qismində öz töhfələrini verə biliblər. Bu iştirak yalnız elm, təhsil, idman, mədəniyyət, səhiyyə sahələrini əhatə etmir, həm də müasir dünyada ölkəmizin vizit kartına çevrilən tolerantlıq, multikultural dəyərlərimizin beynəlxalq ictimaiyyətə, çatdırılmasına da imkan verir. Könüllülük, şəhərin bütün ictimai-mədəni işlərində fəallıqla iştirak Gəncə gəncliyinin nümunəvi işinin göstəricidir.

Gənclərin rəhbər vəzifələrə təyin olunmasına gəldikdə isə gənclərin dövlət işində irəli çəkilməsi təkcə mərkəzi dövlət strukturunda reallaşdırılmır. Bu iş paralel olaraq regionlarda da həyata keçirilir.

- Gənc ailə institutunun  möhkəmlənməsi üçün maliyyə bazasının olması önəmli faktorlardandır. Xüsusilə mənzil  prioritet problemlərdəndir. Gənclər üçün daha əlverişli şəraitin yaradılması nəzərdə tutulubmu?

- Azərbaycan gəncliyi qarşısında duran yeni hədəflər açıqlandıqca, dövlətin gənclərə diqqət və qayğısı da ilbəil artır və konkret nəticələrlə müşahidə olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında gənclərin və gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması, onların həyat səviyyəsinin yüksəldilməsi qədim Gəncədə də uğurla həyata keçirilir.

Nizami yurdunda gənclərin mənzil probleminin həlli istiqamətində yeni layihələr həyata keçirilməsi diqqət mərkəzindədir.

- Həyatda müstəqil addımlamaq üçün, işlə təmin olunma əsas şərtlərdəndir. Gənclərin məşğulluğu ilə bağlı hansı tədbirlər planı nəzərdə tutulub?

- İlbəil, aybaay deyil, günbəgün dəyişən, gözəlləşən Nizami yurdunda gənclərin məşğulluğunun təmini ilə bağlı bir sıra işlər görülür. Şəhərdə geniş vüsət alan adadlıq-quruculuq işləri sayəsində yeni iş yerləri açılır. Tikintisi başa çatmaq üzrə olan “Grand Qafqaz” Ticarət Mərkəzində və Gəncə MALL-da minlərlə gənc işlə təmin ediləcək.