MÜSAHİBƏLƏR
Əminəm ki, 26 sentyabrda keçiriləcək referendum müvəffəqiyyətlə nəticələnəcək, dövlətimiz, ölkəmiz, millətimiz və hər bir vətəndaşımız üçün xeyirli olacaq
- Məlahət xanım, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyada bir sıra əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə sentyabrın 26-da referendum keçiriləcək. Hazırda bu məsələ cəmiyyətdə geniş müzakirə olunur. Sizcə, referendumun hazırda ölkə gündəminin əsas mövzusu olmasının əsas səbəbləri nədir?
- Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyada bir sıra əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə sentyabrın 26-da referendum keçirilməsini günün və zamanın tələbi vəcəmiyyətin ehtiyacı kimi dəyərləndirmək lazımdır. Bu mənada 26 sentyabrda keçiriləcək referendumun ictimaiyyət tərəfindən geniş müzakirə olunması da məhz bu zərurəti bir daha sübut edir.
Onu da qeyd etmək istərdim ki, apardığımız müşahidələr və sorğular göstərir ki, ictimaiyyət arasında referendumun keçirilməsi ilə bağlı böyük əhfal-ruhiyyə və fəallıq vardır. Əlbəttə bunun da çox ciddi əsasları var. Təkcə yetər ki, son 5 ildə ölkəmizdə həyata keçirilən möhtəşəm layihələr və proqramlar, dövlət idarəçiliyinin bütün sahələrində, xüsusilə də, hökumətin şəffaf fəaliyyəti üçün həyata keçirilən islahatlar, xarici siyasətimizdə əldə edilən uğurlar, demokratiya, insan haqları və azadlıqları sahəsində əldə edilən uğurlar məhz bu dəyişikliklərin Əsas Qanunumuzda təsbit olunmasını zəruri etdi.
- Referenduma çıxarılan təkliflərin məzmunu barədə fikirlərinizi bilmək istərdik. Konstitusiyaya nəzərdə tutulan yeniliklərin hədəfləri nədən ibarətdir?
- Referenduma təklif olunan hər bir təklif dövlətimizin gücünə güc qatmaqla dövlətçiliyimizə böyük töhfələr verəcəkdir. Bu il biz dövlət müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. Tarix üçün 25 il çox qısa zamandır. Biz qloballasma fonunda dünyada və regionda gedən proseslərə nəzər salsaq və bunları ölkəmizdə əldə olunan uğurlarla müqayisə etsək, görülən işlərin möhtəşəmliyini bir daha dərk etmiş olarıq. Sözsüz ki, bütün bu uğurlar müasir dövlətimizin qurucusu, Ulu öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin misilsiz xidmətləridir.
Digər tərəfdən dünyada gedən qlobal təhlükələr, etnik qarşıdurmalar, terrorizm, gündən-günə artan irqi-ayrı-seçkilik, siyasi, iqtisadi və humanitar böhranlar yaşadığımız dünyanın iqtisadi, siyasi və humanitar mühitinin mürəkkəb xəritəsi göz önündədir. Ölkəmizin 20 ildən artıq müddətdə üzləşdiyi işğalı da nəzərə alsaq, bizim regionda da durumun elə də asan olmadığının şahidi oluruq. Bu yaxınlarda Möhtərəm Prezidentimizin NATO-nun sammitindən vətənə döndükdə ilk keçirdiyi iclasda dünyada gedən proseslərin ağırlığını onun səsləndirməsi heç də təsadüfi deyildi.
- Daha çox müzakirə olunan məsələlərdən biri dövlət idarəçiliyinin təkmilləşdiirilməsi istiqamətində birinci vitse-prezident və vitse-prezident vəzifələrinin yaradılması ilə əlaqədardır. Bu vəzifələrin təsis edilməsi Azərbaycanın siyasi sistemində və idarəçilik praktikasında nəyi dəyişəcək?
- Ölkəmizdə Konstitusiyada hakimiyyət bölgüsü aydın olaraq göstərilib. Eyni zamanda, Azərbaycan Prezident üsul-idarə sistemli respublikadır. Bu mənada dünyanın ən güclü dövlətlərində artıq çoxdan mövcud olan 1-ci vitse-prezident və vitse-prezident institutunun təsis edilməsi təklifi dövlətimizin və dövlətçiliyimizin daha da güclənməsinə və təkmilləşdirilməsinə xidmət edecəcəkdir. Bilirsiniz, bu gün dünyada cərəyan edən qlobal təhlükələrdən qorunmaq üçün bu dəyişikliklər çox önəmlidir.
Əminəm ki, təklif olunan dəyişiklərdə nəzərdə tutulan bu vəzifələrin təsis edilməsi Azərbaycanın siyasi sistemində və idarəçilik praktikasında çox önəmli və çox əhəmiyyətli təsirini göstərəcəkdir.
- Bəzi müxalifət partiyaları referendumla əlaqədar ictimai rəyi çaşdırmağa yönələn fikirlər səsləndirirlər. Buna münasibətiniz necədir?
- Bilirsiniz, bu gün ölkəmizdə mövcud olan müxalifət partiyalarının düşüncəsi və ya viziyonu ilə dünyaya, dünyada gedən proseslərə baxsaq, biz orta əsrlərə gedib cıxarıq. Hər kəs bilir ki, bir ovucda yerləşdiriləcək qədər az olan və adlarını müxalifət adlandırmağa çalışan bu insanlar ancaq xaricdən dəstək alaraq tam anti-milli fəaliyyətlə məşğuldurlar. Xalqımız artıq çoxdan bu müxalifətə yox deyib. Ona gorə bu gün onların səsləndirdikləri fikirlər boş qazanın səsindən başqa bir şey deyildir.
- Məlahət xanım, Yeni Azərbaycan Partiyası referendumun keçirilməsi ilə əlaqədar geniş fəaliyyət göstərir. Bu haqda fikirlərinizi bilmək istərdik...
- Qeyd etməliyik ki, müasir müstəqil dövlətimizin qurulmasında və bugün əldə edilən bütün uğurlarda Yeni Azərbaycan Partiyasının müstəsna xidmətlərinin olması bir gerçəklikdir. Partiyamız demək olar ki, müstəqilliyimizlə həmyaşıddır. Ötən bu illərdə ölkəmizdə kecirilən seçkilərin və referendumların uğurla baş tutmasında məhz YAP-ın zəngin seçki təcrübəsi və yüksək peşəkarlığı müstəsna rol oynayıb. Fəxrlə deyə bilərəm ki, bu gün ümumxalq partiyası sayılan, daha doğrusu xalqımızın bütün təbəqlərinə qucaq açan YAP siyasi bir təskilat, ümumxalq hərəkatı olmaqla, eyni zamanda mükəmməl bir idarəcəlik məktəbidir.
Referendumla əlaqədar partiyamızın fəallarından ibarət «Yeni Azərbaycan» təşviqat qrupu uğurla fəaliyyət göstərir və seçicilərlə silsilə görüşlər keçirir.
- Referendumla əlaqədar rəhbərlik etdiyiniz YAP Nəsimi rayon təşkilatı işini hansı səviyyədə qurub?
- Ümumxalq partiyası kimi qəbul olunan Yeni Azərbaycan Partiyasının yarandığı gündən günümüzədək bütün tarixi proseslərin ağırlığını daşıyan əsas lokomativlərindən olub. Artıq təbliğat və təşviqat kampaniyasına start verilib. Rayonumuzda referendumun daha da mütəşəkkil və təkmil keçirilməsi məqsədilə YAP Nəsimi rayon təşkilatında ölkəmizin ictimai-siyasi həyatında hər zaman çox fəal mövqe göstərən ziyalılardan 25 nəfərdən ibarət Seçki Qərargahı yaradılıb. Seçki Qərargahının və Qərargah üzvlərinin fəaliyyətini tənzimləyən İş Planı var və hər bir fəaliyyət bu plana uyğun şəkildə görülür. Qərargah üzvləri arasında iş bölgüsü aparılıb. Bütün məsələlər partiyanın İcra Katibliyi ilə razılaşdırma və koordinasiya ilə həyata keçirilir .
Bu günədək, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən Seçki Məcəlləsinə uyğun olaraq, hazırlıq dövrü üçün təşkilatı məsələlər həll edilmişdir. Hazırda seçki siyahıları bir daha dəqiqlışdirilmiş, seçki məntəqələrində və dairələrdə partiyanı təmsil olunan üzvlər bir daha dəqiqləşdirilib və təsdiq edilib. Məntəqələr və dairələr üzrə müşahidəçi və məşvərətçilərin siyahısı müəyyənləşdirilmişdir. Referenduma çıxarılmış dəyişikliklər Rayon təşkilatının qərargahında fəalları arasında davamlı olaraq müzakirə edilir və təlimlər keçirilir. Bu tədbirlər Qərargah üzvləri və peşəkar hüquqşunaslar tərəfindən həyata keçirilir. Qeyd etmək istərdim ki, Nəsimi rayonu ərazisindəki 3 dairə üzrə 95 mindən çox seçici var. Bu seçicilər 3 dairəni 21 saylı Nəsimi birinci , 22 saylı Nəsimi ikinci və 23 saylı Nəsimi-Səbail seçki dairələri üzrə qeydə alınıb. YAP Nəsimi rayon təşkilatının təbliğat və təşviqat dövründə əsas hədəfi keçirilən görüşlərdə Nəsimi rayonu üzrə bütün dairə və məntəqələr üzrə yaşayan və bütün təbəqələrdən olan seçiciləri əhatə etməkdir. Bu məqsədlə hər görüş üzrə ictimaiyyətin tanıdığı ziyalılardan ibarət təbliğatçı qruplarımız müəyyənləşdirilib. Əslində, referendumun uğurla həyata keçirilməsi üçün heç bir narahatçılığa əsas yoxdur. Belə ki, partiyamızın zəngin təcrübəsi və onun 700 minə qədər insan resursunun-üzvlərinin olması bu sualın tam cavabıdır. Nəsimi rayonu üzrə təşkilatımızın 30 minə yaxın üzvü vardır. Bu mənada bizim əsas hədəfimiz Partiyamızın üzvlərinin və onun tərəfdarlarının referundumunda mütləq iştirakını təmin etməkdir. Eyni zamanda referundumun keçirilməsi ilə əlaqədar ölkəmizdə yaradılmış təşəbbüs qruplarının ərazimizdə fəaliyyət göstərən təmsilçiləri ilə da əməkdaşlıq ediləcəkdir.
Təbliğat və təşviqat kampaniyası zamanı keçirilən görüşlərin yeri müvafiq icra strukturları tərəfindən müəyyənləşdirilmişdir. Sözsüz ki, keçirilən görüş yerlərindən biri YAP Nəsimi rayon təşkilatının qərargahıdır.
- Məlahət xanım, hazırda təbliğat-təşviqat prosesi davam edir. Seçicilərlə keçirilən görüşlər barədə təəssüratlarınız necədir?
- Ümumxalq müzakirəsində xalıqımız növbəti dəfə təklif olunan bu dəyişikliklərlə bağlı özünün seçimini edəcəkdir. Ümumiyyətlə, beynəlxalq təçrübədə də Konstitusiya dəyişiliklərinin edilməsi, referenduma çıxarılan bütün məsələlər xalqın geniş müzakirəsini tələb edir. Referenduma təklif olunan hər bir təklif və dəyişilik dovlətimizin gücünə əlavə güc qatmaqla dovlətçiliyimizə böyük töhfələr vərəcəkdir.
Bu mənada Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 26 sentyabr 2016-cı il tarixində keçiriləcək ümumxalq səsverməsində hər bir vətəndaşın fəal iştirakı, bu dəyişikliklərə səs verməsi çox vacibdir. Çünki bu dəyişikliklərə səs verməklə biz müstəqilliyimizə və dövlətçiliyimizə, onların daha möhkəmlənməsinə, xalqın rifahının artırılmasına bir daha səs vermiş oluruq.
Tarixin bütün dövrlərində taleyüklü problemlərlə üzləşdikdə, xalqımız müdrik qərarlara imza atmağı bacardığı kimi, bu referendumda da yenidən bir tarix yazacaqdır. Əminəm ki, 26 sentyabrda keçiriləcək referendum da müvəffəqiyyətlə nəticələnəcək, dövlətimiz, ölkəmiz, millətimiz və hər bir vətəndaşımız üçün xeyirli olacaqdır.