YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanda uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir

Müsahibimiz Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev

- Rauf müəllim, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında  fəal iştirakınıza görə «Şöhrət» ordeni ilə təltif olunmusunuz. Bu münasibətlə sizi təbrik edirik və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq...

- Möhtərəm Prezidentimiz tərəfindən “Şöhrət” ordeni ilə təltif olunduğum barədə müvafiq Sərəncamı oxuyanda qürur duydum. Bu etimadı mənə göstərdiyinə görə dövlət başçısı İlaham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm və bu etimadı layiqincə doğrultmağa çalışacam. Bu, mənim fəaliyyətmə verilən çox böyük qiymətdir. Mən bundan sonra da fəaliyyətimin bütün sahələrində Azərbaycan dövlətinin mənafelərini hər şeydən üstün tutaraq möhtərəm Prezidentimizin daxili və xarici siyasətini dəstəkləyərək Azərbaycanın hərtərəfli inkişafı üçün çalışacağam.

Bizim ayrı-ayrılıqda əldə etdiyimiz uğurlar əlbəttdə ki, cənab Prezidentin rəhbərliyi ilə ölkədə aparılan məqsədyönlü, müdrik siyasət nəticəsində qazanılıb. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi düşünülmüş, müdrük daxili və xarici siyasət nəticəsində Azərbaycan inkişaf baxımından dünyanın ən öndə gedən dövlətlərindən birinə çevirilib. Eləcə də, dövlətimizin başçısı Öz fəaliyyətinə görə dünyada ən nüfuzlu liderlərdən biri kimi qəbul olunur. 2015-ci ildəki uğurlu fəlaiyyətinin nəticəsi olaraq cənab Prezidentin “The Busines Year” jurnalı tərəfindən “Dünyada ilin adamı” seçilməsi buna sübutdur. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsinə əhəmiyyətli dərəcədə köməklik göstərir. Ölkəmiz tarixdə ilk dəfə Bakıda təşkil olunan I Avropa Oyunlarının ən yüksək səviyyədə keçirərək bu oyunların Azərbaycan standartlarını müəyyənləşdirib. Azərbaycan hazırda mühüm beynəlxalq və regional tədbirlərin keçirildiyi bir məkana çevrilib. Bununla belə, həm ölkə daxilində həm də beynəlxalq miqyasda Azərbaycanın qarşısında hələ görülməsi vacib olan mühüm vəzifələr durur. Bu vəzifələrin də müfəqiyyətlə həyata keçriləcəyinə əminliyi ifadə edərək bu çətin və şərəfli yolda möhtərəm Prezidentimizə uğurlar arzulayırıq.

- Bildiyimiz kimi, dünyada mürəkkəb proseslər baş verir, bir çox ölkələrdə maliyyə-iqtisadi böhran hökm sürür. Belə bir şəraitdə Azərbaycanda həyata keçirilən sosial siyasətin əhəmiyyəti nədən ibarətdir?

- Şübhəsiz ki, yeni iqtisadi kursun fonunda əsas götürülən başlıca prinsiplərdən biri sosial siyasətlə bağlıdır. Bu, o deməkdir ki, yenə də qəbul və icra olunan hər bir qərarın, həyata keçirilən bütün tədbirlərin əsasında Azərbaycan vətəndaşı dayanır. Ümumiyyətlə, Azərbaycanda sürətli inkişaf təbii olaraq bütün sahələrdə, o cümlədən sosial sferada da özünü  ciddi şəkildə göstərir. Və bu, bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Azərbaycanın dövlət büdcəsi də yuxarıda göstərilən prinsiplərə uyğun olaraq formalaşdırılır.

Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Yeri gəlmişkən, bir müddət öncə pensiya və əmək haqlarının 10 faiz artırılması bu istiqamətdə həyata keçirilən zəruri tədbir olmaqla yanaşı, vətəndaşların sosial rifahının yaxşılaşmasına xidmət edir. Hazırkı vəziyyətdə atılan bu addımlar ciddi sosial təşəbbüsdür. Bu, ona dəlalət edir ki, hökumət  ilk növbədə əhalinin rifah halının yüksəldilməsi üçün addımlar atır. Nəzərinizə çatdırım ki, neft hasil edən və ya mövcud durumdan əziyyət çəkən heç bir ölkədə belə sosialyönümlü addımlar atılmır. Bu fakt bir daha əyani şəkildə təsdiq edir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

- Rauf müəllim, hər il 1 iyun tarixi  Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Azərbaycanda uşaq hüquqlarının təmin olunması da dövlət siyasətinin prioritet istiqmətlərindən biridir...

-  BMT Baş Assambleyasının 1950-ci il iyunun  1-də təşkil etdiyi “Qadınların Beynəlxalq Konfransı”da uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da  iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi həmin gün Azərbaycanda da qeyd olunur. Bilirsiniz ki, BMT-də uşaq hüquqlarına dair Konvensiya qəbul edilib və Azərbaycan  müstəqillik qazandıqdan sonra bu Konvensiyaya qoşulub. Azərbaycanda uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Ökəmizdə uşaqların sağlam, hərtərəfli vətənə layiqli vətəndaş kimi böyümələri üçün hər bir şərait yaradılıb.

Uşaq hüquqları insan hüquqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir. Ölkəmizdə uşaq hüquqlarının qorunması sahəsinə mükəmməl hüquqi baza yaradılmışdır. Milli Məclis tərəfindən «Valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında», «Uşaq hüquqları haqqında», «Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozquntularının profilaktikası haqqında», «Məişət zorakılığının qarşısının alınması haqqında», «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reablitasiyası və sosial müdafiəsi haqqında» qanunloarın qəbul olunması da buna sübutdur.

Qeyd edim ki, “Uşaq hüquqları haqqında qanunda uşaqların hüquq bərabərliyi, yaşamaq və  inkişaf etmək hüququ, həyat və sağlmalığının mühafizəsi hüququ, ad və vətəndaşlıq almaq hüququ, tərbiyə almaq hüququ, azadlıq və şəxsi toxunulmazlıq hüququ, zəruri maddi təminat hüququ, vicdan –fikir və söz azadlığı, məlumat azadlığı, ailədə yaşamaq hüququ, yaşına, səhhətinə, ümumitəhsil və peşə hazırıığı səviyyəsinə uyğun olaraq əmək hüququ, istirahət hüququ, ictimai təşkilatlarda birləşmək hüququ, şərəf və ləyaqətinin müdafiəsi hüququ təsbit olunub.     Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir. Ölkəmizdə uşaq və yeniyetmə yaşında olanların təxminən 95 faizi təhsil alır.  Onların böyük bir qismi pulsuz tibbi xidmətlə təmin olunub. Azərbaycanda 300 min  qaçqın və məcburi köçkün uşağın olması uşaq problemlərinin həllinə mənfi təsir göstərən amillərdəndir. Buna baxmayaraq uşaq problemləri son illərdə uğurla həll edilir.

Son 12 ildə körpə və uşaqlar arasında ölüm əmsalı iki dəfə azalıb. Azərbaycan müstəqillik dövründə uşaq hüquqlarının qorunması və cəmiyyətimizin bu sahədə maarifləndirlilməsi sahəsində çoxsaylı layihə və proqramlar həyata keçirib və həyata keçirilməkdə davam edir. Uşaqların və yeniyetmələrin təhsili, mənəvi estetik tərbiyəsi, sağlamlıqlarının qorunması məsələləri daima dövlətin diqqət mərkəzindədir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı» Dövlət proqramları, 2006-2007,  2011-2013,  2014-2016 -cı illər üzrə “Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət proqramları üzrə respublikamızda o cümlədən Bakı şəhəri və onun qəsəbələrində çoxlu sayda yeni orta ümumitəhsil məktəbləri, musiq və incəsənət məktəbləri, uşaq bağçaları və körpələr evi, uşaqlar üçün tibb müəssisələri  tikilib istifadəyə verilib və ya əsaslı təmir olunaraq yenidən qurulub.

Bütün bu uğurlu inkişaf Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin ümumi rəhbərliyi ilə və Azərbaycanın birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı  Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində əldə olunub.

- Bəs sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiəsi istiqamətində görülən işlər haqqında nə deyə bilərsiniz?

-  Respublikamızda əlilliyin qarşısının alınması, əliliyin olan şəxslərin tibbi-sosial reabilitasiyası, onlara layiqli həyat şəraitinin yaradılması həm ölkənin Konstitusiyasında, həm əsas strateji sənəd olan “Azərbaycan 2020 gələcəyə baxış” İnkişaf Konstitusiyasında, həm də müvafiq hüquqi-normativ sənədlərdə təsdiq olunub.   “Əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlilərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında qanun vasitəsilə  bu sahədə dövlət siyasəti müəyyənləşdirilib. Bu sahədə ən mühüm məsələlərdən biri olan əlillərin və fiziki imkanları məhdud olan şəxslərin sosial infrastruktur obyektlərindən sərbəst istifadə etmələri üçün lazımı qanunvericilik bazası müəyyənləşdirilib.

Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanları, müəssisələr (birliklər), idarələr və təşkilatlar (mülkiyyət və təsərrüfat formasından aslı olmayaraq) sosial infrastruktur obyektlərinin, mənzillərin, ictimai, istehsal binalarının və qurğularının əlillər və sağlamlıq imkanları məhdud uşaqlara maniəsiz müyəssər olması, ictimai nəqliyyatdan və nəqliyyat kommunikasiyalarından, rabitə və informasiya vasitələrindən, istirahət və asudə vaxt yerlərindən onların sərbəst istifadə etməsi üçün lazımı şəraitlə təmin etməlidirlər.

Qanunvericilikdə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial infrastruktura müyəssərliyinin təmin edilməməsinə görə məsuliyyət də müəyyənləşdirilib. İdarə və təşkilatlar sosial obyektlərin  əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara müyəssərliyini təmin etmədikdə dövlət büdcəsinə obyektin əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara uyğunlaşdırılmasına tələb olunan vəsaitin  20 faizi məbləğində cərimə olunması nəzərdə tutulub. Cərimənin ödənilməsi müəssisələri və təşkilatları sosial infrastruktur obyektlərinin əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara uyğunlaşdırılması vəzifəsindən azad etmir.

2015-ci il ərzində Respublikamızda əlillərin və sağlamlıq imkanları məhdud uşaqların  reabilitasiyası və sosial müdafiəsi sahəsində xeyli iş görülmüşdür. İl ərzində 5.1 min nəfərdən çox şəxsə bərpa-müalicə xidmətləri göstərilib. 3164 nəfər sanator-kurort müəssisələrinə, 1005 nəfər əlilliyi olan şəxs istirahət və sağlamlıq mərkəzinə yollanışla təmin olunub. Əlilliyi olan şəxslərə 34075 protez-ortopedik məlumat və reabilitasiya vasitəsi, o cümlədən 1273 ədəd əlil arabası verilib ki, bu da 2014-cü illə müqayisədə 49% çoxdur. Respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən 14 bərpa-müalicə müəssisəsində hər il orta hesabla 8 min nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud olan 18 yaşına qədər uşaq bərpa-müalicə ilə təmin olunurlar. 2015-ci ildə yenidənqurmadan sonra açlışı olan Respublika Əlillərin Bərpa Mərkəzi ölkədə bərpa müalicəsi sisteminin müasir tələblərə uyğun qurulmasına şərait yaradıb. Ən müasir standartlara cavab verən bu mərkəz il ərzində 1000 nəfərdən çox əlilə müasir tibbi-fizoterapeftik müalicə üzrə xidmət göstərməyə imkan verir. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən 265 nəfər, o cümlədən 135 nəfər əlilliyi olan şəxs və valideyinlərindən birinin müşayəti ilə 134 nəfər sağlamlıq imkanları məhdud olan uşaq xarici ölkələrə ixtisaslaşma bərpa müalicəsinə göndərilib ki, bu da 2014-cü ilə nisbətən 64.6 faiz çox olub. Bakı şəhəri üzrə 2014/2015-ci ilinin əvvələri sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblərin sayı 11 şagirdlərin sayı 4772 nəfər olub.

Qanunvericilikdə nəzərdə tutulduğu kimi son illərdə respublikamızda istifadəyə verilən sosial infrastruktur obyektləri o cümlədən yaşayış binaları, aeroportlar, avtovağzallar, idman qurğuları və digərlərində əlillərin və sağlamlıq imkanları məhdud uşaqların tələbləri nəzərə alınır. Bundan başqa mövcud sosial infrastruktur obyektlərinin bu tələblərə uyğunlaşdırılması sahəsində də müəyyən işlər aparılır.

Qeyd olunanlarla yanaşı, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların mövcud sosial infrastrukturdan  maneəsiz istifadə etmələri üçün həllini gözləyən müəyyən problemlər hələ də mövcuddur. Müşahidələr göstərir ki, şəhərdə mövcud olan yeraltı və yerüstü keçidlərdə əlillərin hərəkətini asanlaşdırmaq məqsəd ilə quraşdırılmış texniki vasitələrin bir qisminin təmirə ehtiyacı var. Eyni zamanda, qeyd etmək lazımdır ki, bu vasitələrin normal vəziyyətdə saxlanılması üçün vətəndaşların özləri tərəfindən ictimai nəzarət aparılmalıdır. Çox vaxt bu qurğular yerli-yersiz müdaxilələr nəticəsində sıradan çıxır. Bundan başqa mövcud sosial obyektləri o cümlədən yaşayış binalarının, nəqliyyat –rabitə vasitələrinin, idman qurğularının, konsert-tamaşa zallarının və digər obyektlərin əlillərin və sağlamlıq imkanları məhdud uşaqların maneəsiz istifadələri üçün uyğunlaşdırılması sahəsində işlər davam etdirilməlidir.