YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan lider ölkələr sırasındadır

Müsahibimiz Milli Məclisin deputatı Sədaqət Vəliyeva

- Sədaqət xanım, hazırda diqqət mərkəzində olan mühüm məsələlərdən biri regionların sosial-iqtisadi inkişafıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər, mövcud vəziyyət və perspektivlərlə əlaqədar nə deyə bilərsiniz?

- Regionların sosial-iqtisadi inkişafı daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Eyni zamanda, bu, Azərbaycan dövlətinin əsas prioritet hədəflərindəndir. Dövlət başçımız mütəmadi olaraq regionlarımıza səfər edir və hər bir səfər tarixi hadisəyə çevrilir. Səfərlər zamanı ölkə başçımız regionlarda həyata keçirilən quruculuq-abadlıq işləri ilə yaxından tanış olur və bütün işlərə şəxsən özü nəzarət edir.

Bilirsiniz ki, Azərbaycan dövləti tərəfindən regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları qəbul edilmiş, qanun və sərəncamlar imzalanmışdır. Azərbaycan Prezidentinin diqqət və qayğısının nəticəsidir ki, Bakı ilə yanaşı, regionlarımızda da böyük sosial-iqtisadi inkişaf müşahidə olunur.

- Ərzaq təhlükəsizliyinin təmin edilməsi hazırkı dövrdə qarşıda duran önəmli hədəflər sırasındandır. İşğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı bu hədəfin reallaşmasına hansı töhfələri verəcək?

- Bu günə qədər dövlətimiz tərəfindən ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsində Azərbaycan ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində böyük uğurlar əldə etmişdir. İngiltərənin “The Economist” jurnalı tərəfindən yayımlanan “Qlobal Ərzaq Təhlükəsizliyi İndeksi” üzrə hesabata əsasən, Azərbaycan ərzaq təhlükəsizliyi sahəsində ardıcıl olaraq mövqeyini yaxşılaşdıran ölkələrin sırasında yer almışdır.

Şübhəsiz ki, işğaldan azad olunmuş ərazilərimiz böyük potensiala malikdir. Bu potensialdan səmərəli istifadə olunması ərzaq təhlükəsizliyimizin təmin edilməsinə mühüm töhfə vermiş olacaq. Ölkəmizin ərzaq təhlükəsizliyi işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialı hesabına daha da güclənəcəkdir.

- Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində postmünaqişə dövrünün reallıqları fonunda bir daha Ermənistana ciddi mesajlar ünvanladı, sərt xəbərdarlıq etdi. Bu xüsusda proseslərin gedişatını necə dəyərləndirmək olar?  

- Yaxşı olardı ki, Ermənistan rəhbərliyi Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin bütün xəbərdarlıqlarından nəticə çıxarsın və onlara verilmiş tarixi şansı dəyərləndirsin. İrəvan təxribat xarakterli əməllərdən, revanşist düşüncələrdən əl çəkməli və bilməlidir ki, bu kimi əməllər Ermənistan üçün ağır nəticələrə gətirib çıxaraqcaq.

Bu gün Azərbaycan cənab İlham Əliyevin həyata keçirdiyi müdrik, uğurlu, inkşaf və tərəqqiyə hesablanmış siyasət nəticəsində dünya miqyasında öz gücünə, mövqeyinə və inkişaf tempinə görə lider ölkələr sırasındadır. Ölkəmiz tərəfindən strateji əhəmiyyətli layihələr həyata keçirilir, digər ölkələrlə əlaqələr daha da dərinləşdirilir, yeni müqavilələr imzalanır. Azərbaycanın dünya miqyasındakı mövqeyi, gücü və etibarı günbəgün artmaqdadır.

Ermənistana gəldikdə isə, bu ölkə böhran və xaos içində çabalayan, dalana dirənmiş, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən, dünya miqyasında heç bir nüfuzu, gücü və etibarı olmayan bir dövlət kimi xarakterizə edilir.

Bu səbəbdən rəsmi İrəvan birmənalı olaraq mövcud reallıqları qəbul etməli və Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Ermənistan hakimiyyəti anlamalıdır ki, bu ölkənin xilası və mövcud ağır vəziyyətdən yeganə çıxış yolu Azərbaycanla münasibətlərin normallaşmasından və sülh müqaviləsinin bağlanmasından asılıdır. Əks halda, revanşist qüvvələrin hansısa xülyalara qapılaraq əl atdığı təxribatlar Ermənsitanın bir dövlət kimi məhv olmasına gətirib çıxaracaq.

“Qisas” əməliyyatı da bir daha sübut etdi ki, “dəmir yumruq” yerindədir və istənilən zaman Ermənistana növbəti ağır zərbə vura bilər. İstənilən təxribatın qarşısı qalib Azərbaycan Ordusu tərəfindən layiqincə alınacaqdır.