MÜSAHİBƏLƏR
Hər gün cəbhədən gələn xəbərlər ordumuzun qüdrətini göstərir
- Səbinə xanım, sentyabrın 27-dən başlanan və işğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq ordumuz tərəfindən əks-hücum əməliyyatları həyata keçirilir. Rəşadətli Azərbaycan Ordusu xalqımızın 30 ilə yaxındır gözlədiyi qələbə gününü yaxınlaşdırır və ərazi bütövlüyümüz təmin olunmaqdadır. Bu barədə fikirlərinizi bilmək istərdik...
- Azərbaycanın öz əzəli torpaqlarının azad edilməsi uğrunda apardığı haqq işində qəhrəman ordumuz böyük mətanətlə mübarizə aparır və düşmənə ağır zərbələr endirir. Uzun illər əvvəl pozulmuş ədaləti bərpa etmək naminə biz öz torpağımızda vuruşuruq. Artıq ermənilər başa düşməlidir ki, Azərbaycan torpaqlarından çıxıb getməyin vaxtı çatıb. Prezident İlham Əliyev qeyd edib ki, erməni xalqı gərək öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsin, öz hökumətini məsuliyyətə cəlb etsin, övladlarını Azərbaycan torpaqlarına göndərməsin. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik.
Dövlətimizin başçısının dəfələrlə bildirdiyi kimi, bizi danışıqları bərpa etməyə dəvət edən dünya birliyi gərək izahat versin ki, erməni əsgərinin Azərbaycan torpaqlarında nə işi var. Danışıqlar o zaman bərpa ediləcək ki, Ermənistan rəhbərliyi işğal etdiyi torpaqlarımızdan çıxacaqları haqda öhdəlik götürsün. Əks halda, döyüşlər erməni əsgəri Azərbaycan torpaqlarını tam tərk edənədək davam edəcək. Bizim ərazi bütövlüyümüzü təmin edib, tarixi ədaləti bərpa etməkdən başqa heç bir məqsədimiz yoxdur. Hələ Tovuz döyüşləri zamanı əgər Azərbaycan Ordusu istəsəydi, döyüşü Ermənistan ərazisinə keçirərdi, lakin bunu etmədik. Çünki bizim öz torpaqlarımızdan başqa heç bir yerdə gözümüz yoxdur. Amma bütün bunlar Ermənistan rəhbərliyinə dərs olmadı ki, yenidən təxribat törətdilər və layiqli cavablarını aldılar.
Ümumiyyətlə, hər bir azərbaycanlının 30 ildir səbirsizliklə gözlədiyi günlər artıq gəlib çatıb. Doğma Şuşamızda, Qarabağımızda üçrəngli bayrağımızın ən qısa zamanda dalğalanacağına heç kəsin şübhəsi yoxdur. Çünki hər bir Azərbaycan vətəndaşı bu qətiyyəti Prezident, Ali Baş Komandan İlham Əliyevdə görür. Dövlətimizin başçısının hər bir çıxışı, hər bir bəyanatı düşmənin yuxularını ərşə çəkir, onların kabusu olmağa davam edir. Prezident İlham Əliyev əvvəlki hadisələrdən heç bir dərs götürməyən erməniləri söz verdiyi kimi, peşman etdi.
Cənab Prezidentin bu qətiyyəti ordumuzun uğurlarında da öz əksini tapıb. Hər gün cəbhədən gələn xəbərlər ordumuzun qüdrətini göstərir. Döyüş texnikasını, hətta itirdikləri canlı qüvvəni belə döyüş meydanında qoyub qaçan erməni əsgərləri də reallığı çox yaxşı görə bilirlər. Qüdrətli Azərbaycan Ordusu qarşısında onların
qaçmaqdan başqa çarəsi də yoxdur. Ermənistanın faşist ideologiyasına xidmət edən qorxaq və heç bir siyasi təcrübəsi olmayan baş naziri Nikol Paşinyan, onun həqiqi reallığı dərk etməyən başıpozuq komandası tərəfindən bu ölkənin dinc sakinlərinə tuşlanan silahların gücü ilə döyüş meydanında saxlanılan erməni əsgəri qarşısında qəlbi Vətən eşqi ilə döyünən Azərbaycan igidləri dayanıb. Məhz buna görə də ermənilər yalnız məğlubiyyətə düçar olur və onların Azərbaycan torpağında sərilmiş cəsədləri qalır. Ermənistanlı analar nə qədər gec deyil bu biabırçı vəziyyətə son qoyulması üçün Nikol Paşinyan rejiminə qarşı ayağa qalxmalı, təcili olaraq müharibənin dayandırılmasını və Azərbaycan torpaqlarından çıxmasını tələb etməli, övladlarının Dağlıq Qarabağda döyüşməsinə etiraz etməlidirlər.
- Necə hesab edirsiniz, Paşinyan məğlub olduqlarını artıq başa düşürmü?
- Prezident İlham Əliyevin müdrik siyasəti və düzgün hərbi strategiyası Ermənistanın baş naziri Nikol Paşinyanın və faşist ideologiyasını seçmiş antidemokratik və qaniçən hərbi xuntadan təşkil olunmuş, tez-tez dəyişməyə məhkum olan hökumətinin sonunun sürətlə yaxınlaşdığının canlı və bariz nümunəsidir. Artıq küçədən birbaşa hakimiyyətə gələn bu yaramaz və yırtıcı cəlladların təcrübəsiz və boşboğaz liderlərinin ağ bayraq qaldırması ilə razılaşmaqdan başqa heç bir çıxış yolu yoxdur. Bu isə qədim tarixə və dövlətçilik ənənələrinə sahib olan məğrur Azərbaycan dövləti və onun qalib Prezidenti İlham Əliyevin qarşısında ağ bayraq qaldırmaqla ölkəmizə qarşı qaldırdığı əsassız iddialara və hikkələrlə danışan Paşinyanın artıq kapitulyasiya olmaq astanasından heç cürə çıxa bilməyəcəyindən xəbər verir. Eyni zamanda, Ermənistanın danışıqların aparılması üçün şərt qoymasına əbədi son qoydu.
Artıq Ermənistan hökuməti qalib Azərbaycan dövlətinin tələb etdiyi ədalətli və beynəlxalq hüquqa əsaslanan şərtlər əsasında danışıqlar prosesinə getmək üçün Azərbaycanın razılığının alınmasına kömək edilməsində onu dəstəkləyən ölkələrə yalvarır və bir dövlət kimi məhv olmamaq üçün imdad istəyir, kimliyindən asılı olmayaraq gələcək varlığı üçün onların dabanını yalamağı belə özlərinə rəva bilirlər.
- Müəyyən beynəlxalq dairələr işğalçı Ermənistana hələ də dəstək göstərməkdədir. Buna münasibətiniz necədir?
- Çox təəssüflər olsun ki, məkrli düşmən Azərbaycan torpaqlarını tərk etmək əvəzinə, xarici ölkələrdəki erməni lobbisinin dəstəyindən istifadə edərək, hər cür riyakarlığa və yalana əl atır. Ermənistan ordusunun qaniçən cəlladları məğlubiyyətin acısını dadan kimi ölkəmizin şəhərlərini, rayon və kəndlərini, mülki obyektləri və dinc əhalini hədəfə aldıqları, günahsız insanları, o cümlədən qocaları, məktəbliləri öldürdükləri və yaraladıqları halda, yalandan hay-küy qaldıraraq guya Azərbaycan Ordusu onların mülki əhalisini hədəfə alır və yaşayış məntəqələrini dağıdır, Azərbaycan Qarabağı işğal etmək istəyir.
Dövlətimizin başçısı qətiyyətlə bildirib ki, Azərbaycan öz əzəli torpaqları uğrunda döyüşür, heç bir dövlətin torpağında gözü yoxdur, yeganə məqsəd ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, doğma Vətənindən didərgin düşmüş azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmasını, orada rahat yaşamasını və dağıdılmış torpaqlarımızı yenidən qurmaq və inkişaf etdirməkdir.
Prezident İlham Əliyev oktyabrın 26-da xalqa müraciətində bildirib ki, 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində deyilir ki, erməni silahlı qüvvələri torpaqlarımızdan çıxarılmalıdır. Amma onlar elə bil, istəyirlər ki, bu sənədlər kölgədə qalsın, ya da qüvvədən düşsün və öz əhəmiyyətini itirsin. Bu idi məqsəd. Biz yenə işğalçıya dəstək göstərilməsi cəhdini gördük. Amma bu, keçmədi. Qoşulmama Hərəkatına üzv ölkələr buna kişi kimi imkan vermədi. Bizə dəstək göstərdilər. Düşmən bizim qabağımızdan qaçır və qaçacaq, çünki biz haqlıyıq, biz güclüyük.
Mən sonda bir daha bildirmək istəyirəm ki, beynəlxalq təşkilatlar erməniləri ədalətsiz müdafiə etmək əvəzinə onlara qarşı çox ciddi sanksiyalar qəbul edilməsinə səy göstərməli, bütün humanitar yardımları kəsməli və qəti tələb etməlidirlər ki, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını çox qısa zaman kəsiyində tam, dərhal, qeyd-şərtsiz tərk etsinlər. Yalnız bundan sonra döyüşlər dayandırıla bilər və danışıqlarına başlamaq olar.
- Qəhrəman və şanlı Azərbaycan əsgərinə arzularınızı bilmək istərdik...
- Mən ilk növbədə müzəffər Azərbaycan Ordusunun qorxmaz və igid döyüşçülərini qisa zaman kəsiyində qazandıqları möhtəşəm qələbəyə görə təbrik edirəm. Onlar hər gün yeni-yeni zəfərlərə nail olur və yeni tariximizi şərəflə yazırlar. Qoy Ulu Tanrı onları qorusun və tez bir zamanda üçrəngli bayrağımızı düşmən tapdağında olan bütün torpaqlarımızda ucaltsınlar.