YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda tibbi-sosial reabilitasiya sisteminin inkişafına dair yeni strategiya hazırlanır

Azərbaycanda tibbi-sosial reabilitasiya sisteminin inkişafına dair strategiya sənədi və Master Planın hazırlanmasının nəzəri və texniki məsələləri müzakirə olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin fəaliyyət istiqamətləri üzrə görüləcək işlərin müzakirəsi çərçivəsində baş tutub.

Layihənin məqsədi əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində qanunvericilik bazasının qabaqcıl Avropa ölkələrinin müvafiq təcrübəsi əsasında təkmilləşdirilməsi, tibbi-sosial reabilitasiyası sisteminin inkişaf etdirilməsidir. 2014-2016-cı illəri əhatə edən layihə çərçivəsində əlilliyi olan şəxslər üçün yeni reabilitasiya xidməti növlərinin formalaşdırılmasına ekspert dəstəyi, bu sahədə yeni strategiyaların hazırlanması, müvafiq kadr potensialının artırılması təmin olunacaq.

ƏƏSMN-nin mütəxəssislərinin və avropalı ekspertlərin iştirak etdiyi tədbirdə layihəyə uyğun olaraq, Azərbaycanda tibbi-sosial reabilitasiya sisteminin inkişafına dair strategiya sənədi və Master Planın hazırlanmasının nəzəri və texniki məsələləri ətrafında fikir mübadilələri aparılıb.

DİGƏR Xəbərlər Arxiv