YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Beynəlxalq ictimaiyyət Ermənistanın terror siyasətinə qarşı etiraz səsini ucaltmalıdır

«Azərbaycan da  Ermənistanın işğalçılıq və terrorçuluq siyasətilə üzləşib. Bunun  nəticəsində 1 milyondan çox insan öz  torpaqlarından didərgin düşüb, Xocalı soyqrımı törədilib, minlərlə insan həlak olub və ya əlil vəziyyətinə düşüb. Bütün bunlara baxmayaraq, Azərbaycan doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin probleminə çox həssaslıqla yanaşır». Bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etməklə yanaşı, eyni zamanda, ölkəmizə və digər qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edir. Onun sözlərinə görə, işğalçı ölkənin prezidenti Serj Sarkisyan mütəmadi olaraq öz çıxışlarında müstəqil dövlətlərə qarşı ərazi iddialarını önə çəkir.

«Bütün bunlar Ermənistanın rəsmi dövlət siyasətinin təcavüzkar xarakterə malik olduğunu göstərməklə yanaşı, həm də işğalçı ölkə rəhbərliyinin mövqe və siyasətinin beynəlxalq hüquq normaları ilə təsbit olunmuş qanunlara, dəyərlərə zidd olduğunu bir daha nümayiş etdirir. Əlbəttə, bütün bunlar bir daha onu deməyə əsas verir ki, Ermənistanın hansısa təşkilatlar çərçivəsində özünü əməkdaşlığa meyilli göstərmək cəhdləri reallığa əsaslanmır. Bütün bunları nəzərə alaraq belə bir reallıq inkaredilməzdir ki, Fransada baş vermiş terror hadisəsini pisləyən beynəlxalq ictimaiyyət, Ermənistanın da terror siyasətinə qarşı etiraz səsini ucaltmalı, indiyə qədər baş vermiş terror hadisələrini, o cümlədən Xocalı soyqırımını kəskin şəkildə pisləməlidirlər»- deyə, S.Fətəliyeva vurğulayıb.