YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstanın Baş naziri: Azərbaycanın inkişafı regionun çiçəklənməsinə xidmət edir

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin uğurla başa çatması və bu seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbəsi münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

Bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

Baş nazir bildirib ki, Azərbaycanın inkişafı xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsi, eləcə də Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının möhkəmlənməsi baxımından olduqca vacibdir.

“Hesab edirəm ki, Azərbaycanın inkişafı və möhkəmlənməsi regionun çiçəklənməsinə xidmət edəcəkdir”, - deyə Baş nazir vurğulayıb.