YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Avropadakı hərbçilərinin sayını artıracaq

ABŞ prezidenti Barak Obama “Avropa Əminlik Təşəbbüsü” çərçivəsində Avropadakı ABŞ hərbçilərinin sayının artırılacağını bildirib.

Bu barədə o, Avropaya dörd günlük səfəri zamanı Polşa prezidenti Bronislav Kamarovski ilə birgə mətbuat konfransında səsləndirdiyi bəyanatında deyib.

“Biz ardıcıl olaraq Mərkəzi və Şərqi Avropadakı müttəfiq ölkələrdə fəaliyyət göstərəcək Amerika heyətinin, ordu və hərbi hava qüvvələrinin sayını artıracağıq. Biz öz təhlükəsizliklərini təmin etmələri üçün Ukrayna, Moldova və Gürcüstan kimi dost ölkələrlə tərəfdaşlığı gücləndirəcəyik.

Mən Amerikanın NATO-dakı müttəfiqlərinə sarsılmaz və güclü sədaqətini göstərəcək bu təşəbbüsə dəstək olaraq Konqresi 1 milyard dollar vəsaitin ayrılmasına razılıq verməyə çağırıram” - Obama jurnalistlər qarşısında deyib.

Varşavaya gəlməzdən əvvəl Obama F-16 döyüş təyyarələri bölməsinin ABŞ və Polşadan olan hava heyəti ilə görüşüb.