YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabadda deputatlığa namizəd Elçin Quliyevin Məmişlər və Qaraqayın kəndlərində seçicilərlə görüşləri keçirilmişdir

YAP Mərkəzi Seçki Qərargahının Sabirabad rayon şöbəsi 1 noyabr parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində partiyanın 63 saylı  Sabirabad birinci seçki dairəsindən deputatlığa namizədi Elçin Quliyevin Məmişlər və Qaraqayın kəndlərində seçicilərlə görüşlərini keçirmişdir.

Böyük qələbəliklə keçən görüşlərdə çıxış edən Elçin Quliyev bildirdi ki, o harada işləməsindən və yaşamasından asılı olmayaraq daim ölkəsi üçün, onun inkişafı üçün, xüsusən də Sabirabad rayonunun tərəqqisi üçün əlindən gələni əsirgəməyib.

Elçin Quliyev ölkədə elmin və təhsilin inkişafından da danışaraq gələcək illərdə bu istiqamətdə böyük uğurların davam edəcəyini söylədi. Bildirdi ki, Prezident İlham Əliyevin insan kapitalına önəm verməsinin mühüm şərtlərindən biri də elmin və təhsilin inkişafıdır. Məhz rayonlarda, hətta ucqar dağ kəndlərində müasir tipli məktəblərin tikintisi və maddi-texniki bazasının zənginləşdirilməsi fikirlərimizə əyani sübutdur.

Görüşlərdə çıxış edən seçicilər Elçin Quliyevə səs verəcəklərini bildirdilər.