YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın qələbəsinin fəlsəfəsi xalqla birliyindədir

YAP-ın 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputatlığa namizədi Əhliman Əmiraslanovun namizədləri ilə  Saatlı rayonunun Seyidlər, Nahırlı və Potubəyli kəndlərində görüşlər keçirilidi.

Namizədin vəkillərinin iştirak etdikləri görüşlərdə bildirildi ki, bölgənin ən aparıcı siyasi qüvvəsi olan YAP-ın namizədlərinin dəstəklənməsi ölkəmizə yeni inkişaf və tərəqqi gətirəcəkdir. Ona görə ki, YAP xalqın partiyası olmaqla əhalinin sosial güzəranını yüksəldən mütəşəkkil siyasi təşkilatdır.

Görüşdə çıxış edən kənd ağsaqqalları birmənalı olaraq YAP-ın namizədini dəstəkləyəcəklərini bildirdilər.