YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “İdman və sağlamlıq, italyan memarlığı və dizaynı ilə Azərbaycanda qovuşur" mövzusunda tədbir keçirilib

Futbol üzrə 2016-cı Avropa çempionatının seçmə mərhələsinin oktyabrın 10-da keçiriləcək Azərbaycan-İtaliya oyunu ərəfəsində, İtaliyanın Azərbaycandakı səfirliyi İtalyan Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatı ilə birgə bir neçə layihə həyata keçirir.

Layihə çərçivəsində oktyabrın 9-da Bakıda "İdman və sağlamlıq, italyan memarlığı və dizaynı ilə Azərbaycanda qovuşur" mövzusunda tədbir təşkil olunub.

Açılış mərasimində çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov və İtaliyanın İqtisadi İnkişaf Nazirliyinin katibliyinin başçısı Zvito Cozzoli Azərbaycan və İtaliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və əməkdaşlığın uğurla davam etdiyini qeyd edib, əlaqələrin inkişafında qarşılıqlı rəsmi səfərlərin əhəmiyyətini vurğulayıblar.

Qeyd olunub ki, Azərbaycan və İtaliya arasında iqtisadi sahədə də əlaqələr inkişaf etməkdədir və bu istiqamətdə müvafiq sənədlər imzalanıb. İtaliya və Azərbaycan arasında iqtisadi sahədə ikitərəfli əməkdaşlıq əlaqələrindən danışılıb.

Sonra İtaliya İqtisadi İnkişaf Nazirliyi və İtalyan Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatının birgə dəstəyi, həmçinin İtaliya Futbol Federasiyası nümayəndələrinin iştirakı ilə Azərbaycan və İtalyan şirkətləri arasında ikitərəfli görüşlər keçirilib.

 

DİGƏR Xəbərlər Arxiv