YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi amillər “Türk axını” layihəsi ilə bağlı Rusiya və Türkiyə arasındakı sazişə təsir etməyəcək

Siyasi amillər “Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsi ilə bağlı Rusiya və Türkiyə arasındakı hökumətlərarası sazişə təsir etməyəcək.

Bu sözləri “Qazprom”un idarə heyətinin sədri Aleksey Miller deyib. O bildirib ki, artıq hökumətlərarası saziş üzrə işlərə başlanılıb. Layihənin həyata keçirilməsi üçün boru kəmərinin gücü və cədvəllərlə bağlı konkret detallar üzrə danışıqlar davam edir. Hər hansı bir faktorlar razılaşmanın mətni üzərindəki işlərə təsir etməyəcək.

Qeyd edək ki, ötən günlərdə Rusiya təyyarələri Türkiyə hava məkanını pozmuşdu.

“Qazprom” “Türk axını” qaz boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfəyədək azaldaraq kəmərlə 32 milyard kubmetr təbii qazın nəql olunmasına qərar verib. Əvvəllər “Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulurdu. Bu həcmin 47 milyard kubmetrinin Avropanın, 16 milyard kubmetrinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılırdı.