YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ISESCO-nun 12-ci Baş konfransı və İcraiyyə Şurasının iclasının Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin iclası olub

Oktyabrın 8-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə ISESCO-nun 12-ci Baş konfransı və İcraiyyə Şurasının iclasının Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin iclası olub.

Nazirlikdən bildirilib ki, iclas zamanı tədbirin keçiriləcəyi məkan, iştirakçıların sayı, onların yerləşdiriləcəyi mehmanxanalar, qonaqlar üçün təklif olunacaq mədəni proqram, tədbirin texniki təchizatı və ümumilikdə hazırlıqla əlaqədar digər məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edilib ki, bu nüfuzlu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizlə islam ölkələri və nüfuzlu təşkilatları ilə mövcud olan sıx əməkdaşlığın və dövlətimizə göstərilən yüksək etimadın nəticəsidir.

Əbülfəs Qarayev vurğulayıb ki, ölkə başçısı İlham Əliyev islam dünyası ilə münasibətlərin inkişafına böyük önəm verir və bu konfrans əlaqələrin daha da dərinləşməsində mühüm rol oynayacaq.

Tədbirin yüksək səviyyədə təşkili məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatının 12-ci Baş konfransının və İcraiyyə Şurasının iclasının Bakı şəhərində keçirilməsi haqqında" 25 iyul 2015-ci il tarixli Sərəncam imzalanıb. Müvafiq olaraq, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının 23 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə sözügedən tədbirlərin təşkili ilə bağlı Tədbirlər Planı təsdiqlənib.