YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Belə çıxır ki, Avropa Şurası Azərbaycanda insan haqları ilə bağlı yaradılmış milli mexanizmin olmasını qəbul etmir

«Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın Azərbaycanda dialoqa, əməkdaşlığa və tərəfdaşlığa qarşı çıxması normal hal sayıla bilməz». Bu fikri Milli Məclisin deputatı, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, Avropa Şurasının və ümumiyyətlə beynəlxalq təşkilatların, əməkdaşlıqla və tərəfdaşlıqla məşğul olan və bu prinsipi əsas tutan, cəmiyyətdə daim harmoniyanı, ictimai barışı təbliğ edən qurumların nümayəndələrinin belə bəyanat verməsi təəssüf hissi doğurur. Onun sözlərinə görə, bu, belə bir anlamda qəbul olunur ki, bu adamlar doğrudan da öz mandatlarını mənfi istiqamətə, dialoqa, ictimai anlaşmaya, ictimai barışa qarşı, insan haqlarının müdafiəsinə deyil, tam əksinə, insan haqlarının müdafiəsi istiqamətində atılan addımlara qarşı istifadə edirlər.

«Avropa Şurası belə bir addım atmaqla əsl mahiyyətini bir daha göstərmiş oldu. O ki qaldı bunun səbəblərinə, bu gün təəssüflər olsun ki, antiazərbaycan qüvvələri fəallaşıblar, öz fəaliyyətlərini koordinasiya ediblər. Şübhə etmirəm ki, Turbyorn Yaqland da məhz bu təsir altında, həmin antiazərbaycan qüvvələrinin və şəbəkənin bilavasitə təlimatı ilə belə bir əsassız addım atıb. İnsan Haqları üzrə İşçi Qrupu çox məhsuldar fəaliyyətləri ilə yadda qalıb. Bu gün belə çıxır ki, Avropa Şurası Azərbaycanda insan haqları ilə bağlı yaradılmış milli mexanizmin effektivliyini və ümumiyyətlə, milli mexanizmin olmasını qəbul etmir. Onlar insan haqları məsələlərinin Azərbaycanın daxilində həll edilməsinin tərəfdarı deyillər. Ona görə də onlar buradan Yaqlandın nümayəndəsini geri çəkməklə, bu məsələnin beynəlxalq müstəviyə çıxarılmasına, bundan istifadə edərək Azərbaycana təzyiqlərin davam etdirilməsinə bir növ rəvac vermiş oldular. Əminəm ki, Avropa Şurasının Parlament Assambleyası da Yaqlandın bu məntiqsiz addımına öz siyasi qiymətini verəcək»- deyə, A.Quliyev qeyd edib.