YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Azərbaycanda xalq-iqtidar birliyinin qarşısını heç kim ala bilməyəcək

“Avropa Parlamentinin Azərbaycana qarşı qərəzini dəfələrlə görən siyasi partiya nümayəndəsi kimi deyirəm ki, onların gözləri Azərbaycanda gedən inkişafı, müstəqil siyasəti götürmür”. Bu fikri Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov parlament  bu gün keçirilən növbədənkənar sessiyasında deyib. 

S.Novruzov, Azərbaycana qarşı qərəz nümayiş etdirən bütün təşkilatları əməllərindən əl çəkməyə çağırıb: “Azərbaycan Prezidenti xalqın etimadını doğruldur. Azərbaycanda xalq-iqtidar birliyinin qarşısını heç kim ala bilməyəcək. Azərbaycan müstəqil, suveren ölkədir və müstəqil siyasət yeridir. Ona görə də Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən təşkilatları bu əməllərdən əl çəkməyə çağırıram”.

S. Novruzov qeyd edib ki, Avropa Parlamentinin Azərbaycan haqda qəbul etdiyi qətnamənin bəndlərində qərəz özünü açıq şəkildə göstərir: "Qətnamədə yazılıb ki, Leyla və Arif Yunuslar Ermənistanla Azərbaycan gəncləri arasında münasibət yaratdıqlarına görə həbs olunublar. Bundan böyük ədalətsiz yanaşma olar? Təcavüzə, soyqırıma məruz qalan bizik. Necə olar bilər ki, işğala məruz qalan Azərbaycanın gəncləri işğalçı erməni gəncləri ilə dostluq etsinlər. Bu münasibət ədalətsiz və qərəzlidir”.

Millət vəkili qeyd edib  ki,  Azərbaycanda bəziləri həmin qüvvələrdən qrant alırlar. “Ölkəmizdə bütün siyasi partiyalar, QHT-lər seçkilərdə iştirak edəcəyini bildirir, bir «milli satqınlar şurasından» başqa. Çünki onlar həmin qüvvələrdən qrant alırlar. Qrant aldıqları qüvvələrin sabah Azərbaycanla bağlı verdiyi bəyanatda özlərini element kimi görmək istəyirlər. Avropalılar tolerantlığı, şəffaf seçkinin necə keçirildiyini, mənəvi dəyərlərin necə qorunduğunu gəlib Azərbaycandan öyrənsinlər"- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

Avropa İttifaqına üzv olan dövlətlərlə Azərbaycanın ikitərəfli münasibətlərinin normal olduğunu deyən S.Novruzovun sözlərinə görə, AP-nin çağırışların abaxmayaraq Avropa dövlətlərinin nümayəndələri ölkəmizdə keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər.