YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vitse-spiker: Sergey Lavrovun Azərbaycana səfəri iki ölkənin qarşılıqlı münasibətlərinin inkişafına təsir göstərir

“Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri istənilən halda ikitərəfli və regionu narahat edən məsələlərə aiddir”. Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

B.Muradova S.Lavrovun Azərbaycana səfəri ilə bağlı bəzi mətbuat orqanlarında yayılan məlumatlara şərh verməyə lüzum görmədiyini deyib: “Mən o məlumatlarla bağlı fikir və şərh verə bilmərəm. Düşünürəm ki, bunlar ehtimallardır. Bu gəliş, görüşlər və orada müzakirə olunan məsələlər iki ölkənin qarşılıqlı münasibətlərinin daha da yaxşılaşmasına və bu münasibətlərin regionun inkişafına yönəlməsinə təsir göstərən məsələlərdir”.

Qeyd edək ki, bəzi mətbuat orqanları S.Lavrovun Azərbaycana səfərini Rusiyanın Azərbaycana təsir imkanlarını genişləndirmək cəhdi kimi qiymətləndirib.

 

DİGƏR Xəbərlər Arxiv