YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Google” Avropa İttifaqının “unudulmaq hüququ” qərarının tətbiqinə başlayıb

“Google”un istifadəçilərə təqdim etdiyi yeni xidmət əsasında Avropa ölkələrinin vətəndaşları xoşagəlməz hesab etdikləri materialların linkinin axtarış nəticələrindən çıxarılmasına nail ola bilərlər. Bu, xidmət Avropa İttifaqı Ədalət Məhkəməsinin bu yaxınlarda qəbul etdiyi “unudulmaq hüququ” barədə qərarı icra etmək məqsədilə yaradılıb.

Şəbəkə axtarışlarının 90 %-dən çoxunu əhatə edən dünyanın ən nəhəng internet axtarış sistemi istifadəçilərə bu barədə öz istəklərini şirkətə vebforma vasitəsilə ünvanlamaq imkanı yaratsa da, kriteriyalara uyğun gələn linklərin axtarış sistemindən nə vaxt çıxarılacağı bəlli deyil. Qərarın tətbiqinə başlanmasından sonra “Google”a bu istiqamətdə minlərlə adamdan xahiş daxil olub.

Avropada fəaliyyət göstərən “Yahoo” axtarış sistemindən bildirilib ki, qərarın icrasının şirkətin işinə və istifadəçilərinə necə təsir göstərəcəyi “diqqətlə öyrənilir”. “Microsoft” şirkətinə məxsus “Bing” axtarış sistemindən isə bu məsələyə münasibət bildirilməyib.

 

DİGƏR Xəbərlər Arxiv