YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qurtuluşdan inkişafa müdrik siyasətin uğurlu nəticələri

YAP Xaçmaz rayon təşkilatının qərargahında 15 iyun Qurtuluş gününə həsr olunmuş “Qurtuluşdan inkişafa: Qurtuluşdan inkişafa müdrik siyasətin  uğurlu nəticələri” mövzusunda elmi praktik konfrans keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov “Qurtuluşdan inkişafa: Qurtuluşdan inkişafa müdrik siyasətin uğurlu nəticələri” mövzusunda məruzə ilə çıxış edib. Məhəmməd Balaqadaşov qeyd edib ki, müstəqil  dövlətçilik ideyası o zaman reallaşa bilir ki, xalqın ümumilli, ümumbəşəri ideyaları özündə cəmləşdirə bilən Lider yetişsin: “Azərbaycan cəmiyyətində ümumilli Lider obrazı XX əsrdə məhz Heydər Əliyev şəxsiyyətində öz parlaq təcəssümünü tapdı. Heydər Əliyev əsrlər boyu Azərbaycan cəmiyyətində formalaşmış ümumilli və ümumbəşəri ideyaları çox böyük məharətlə, siyasi uzaqgörənliklə həyata keçirə bilən siyasətçi idi. 1991-ci ildə elan olunmuş müstəqillik 15 iyun 1993-cü ildən Heydər Əliyevin hakimiyyətində Ali Sovetə sədr seçilməsi ilə reallaşdı. Bu gün Azərbaycanın Qurtuluşdan başlayan tərəqqi və inkişafı davam edir. Azərbaycan Heydər Əliyevin siyasi kçursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etmiş, qüdrətli bir dövlətə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin həyata keçirə bilmədiyi yarımçıq qalmış məsələləri uğurlu siyasət nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızı işğaldan azad etdi, suverenlik bərpa olundu. Qarabağda sürətli tikinti, quruculuq, abadlıq işləri görülür insanlar öz yurlarına qayıdırlar.”

Konfransda Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının müavini Bəxtiyar Osmanov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi Coşqun Əliyev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin ərisi Nəcəf Novruzov¸ Quba Regional Reklam İdarəsinin rəisi Yetkin Mehmanov, 11 saylı Xaçmaz Regional Xəzinədarlıq İdarəsinin rəisi Nizami Həsənov, Rayon Veteranlar Şurasının sədri Abasyar Heydərov, Partiya veteranlarından Nazim Ağayev, Sürəyya Əmirova, Mədinə Nurməmmədova çıxış ediblər.

Tədbirdə YAP sıralarına yeni daxil olmuş bir qrup gəncə partiya vəsiqələri təqdim edilib.

Sonra YAP Xaçmaz rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə fəxri fərman təqdim olunub.