YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Politoloq: Ermənistan diqqəti yalnız atəşkəs rejiminin qorunub saxlanılmasına yönəltməyə çalışır

«Son zamanlar cəbhə xəttində atəşkəs rejiminin tez-tez pozulması Serj Sarkisyanın daxili siyasətinin bir hissəsidir». Bu fikri politoloq  Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Ermənistanın cəbhə xəttində intensiv şəkildə atəşkəs rejimini pozması hakimiyyətinin təsdiq edilmiş ənənəvi üsuludur. Onun sözlərinə görə, ermənilər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliləyiş tendensiyasını sezdikləri anda atəşkəs rejimini kəskin şəkildə pozmağa başlayırlar.

«Çalışırlar ki, danışıqlarda əsas məsələ kənarda qalsın. Diqqət yalnız atəşkəs rejiminin qorunub saxlanılması məsələsinə yönəlsin. Bu yaxınlarda həmsədrlərin yaydığı bəyanatlara əsasən sentyabr ayında BMT Baş Məclisinin toplanması gözlənilir. Onlar burada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutmasını təklif etmək istəyirlər. Əgər bu görüş doğurdan da baş tutsa, Ermənistanı narahat edən bir çox məsələ ortaya çıxacaq. Onlar həmin görüşün baş tutmasını istəmir, atəşkəsi tez-tez pozmaqla məsələni arxa plana salmaq istəyirlər»- deyə, politoloq qeyd edib.