YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlaqələrin inkişafına töhfə

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

Prezident İlham Əliyev Misirə səfəri zamanı paytaxt Qahirədə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə mətbuata bəyanatında mühüm mesajlar verilib. Bu bir reallıqdır ki, Azərbaycanla Misir hər zaman İslam həmrəyliyinin gücləndirilməsinə xidmət edib. Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına uğurlu sədrlik edib. Sözsüz ki, bu səfər də Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə olacaq.

Beynəlxalq məsələlərdə Azərbaycanla Misirin mövqeləri üst-üstə düşür. Bu xüsusda hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edir. Keçmiş sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Bu bir reallıqdır ki, Afrika qitəsinin şimal-şərqində, Yaxın Şərq bölgəsində yerləşən Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb.

Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir ölkəmizin ərazi bütövlüyünü həmişə dəstəkləyib. Misir üzv olduğu beynəlxalq təşkilatlarda ölkəmizin ədalətli mövqeyini daim müdafiə edib. Bu ölkə həmçinin Azərbaycanın Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafına da dəstək verib. İki ölkə arasında bütün sahələrdə olduğu kimi ticarət, sənaye və xidmət sahələrində böyük əməkdaşlıq mövcuddur. Ölkəmizdə Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir. Eyni zamanda iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Ölkəmizin başçısı Qahirədəki bəyanatında Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi dair də fikirlərini bölüşüb. Qeyd edib ki, “müstəqil Fələstin dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi. Bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır – müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Azərbaycanın prinsipial mövqeyi ondan ibarətdir ki, Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır”.

Cənab Prezident tərəfindən Qahirədəki bəyanatda Azərbaycanla Ermənistan sülh və sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı məsələlərdən də bəhs edib. Dövlət sərhədlərini müəyyənləşdirmək, danışıqlar prosesində irəliləyiş üçün yaxşı imkanların olduğu qeyd edilib. Bu xüsusda Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarıldığı da diqqətə çatdırılıb. Eyni zamanda ölkəmizin keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdiyi bildirilib. Bütün bunların fonunda Azərbaycanla Misir arasında son dövrlər ticarət dövriyyəsinin həcmində bir neçə dəfə artım qeydə alınıb. İmzalanmış sənədlər, əldə edilmiş razılaşmalar ticarət dövriyyəsinin artıracaq. İlk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq”.