YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regionda sülhün təminatçısı

Anar Alışov

Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri

Azərbaycan Respublikası ilə Belarusiya Respublikası arasında ikitərəfli münasibətlər tarixi köklərə dayanaraq yüksək xətlə inkişaf etməkdədir. Hər iki ölkə arasında mədəni, iqtisadi və sənaye sahəsində əlaqələr gündən-günə inkişaf etməkdədir.

Cari ilin 16 may tarixində Belarusiya Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü keçirilmişdir. İkitərəfli görüş zamanı Prezident İlham Əliyev qeyd etmişdir: “Bir çox məsələlər - ikitərəfli gündəlik, regional və beynəlxalq məsələlər üzrə ətraflı danışdıq. Münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdik. Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur. Bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür. Nümayəndə heyətlərinin üzvləri dünən görüşüblər və bildiyimə görə, təmaslar çox səmərəli, müsbət olub. Həlli vacib olan çoxlu məsələlər var. Qarşılıqlı fəaliyyətimizin perspektivlərinə baxdıqda böyük potensialı, əmtəə dövriyyəsinin artmasını və sənaye kooperasiyasının, kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini görürük. Əlbəttə ki, biz azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin, müəssisələrinin iştirakına şad olardıq. Nümayəndə heyətlərinin üzvləri bu məsələni də müzakirə ediblər. Nümayəndə heyətlərinin tərkibi də çox mətləblərdən xəbər verir. Məhz gündəlikdə olan məsələlərdən danışılıb. Amma, əlbəttə, nümayəndə heyətlərinin üzvlərinin cavabdeh olduqları məsələlərlə kifayətlənmək olmaz. Belə ki, əməkdaşlığımız yetərincə çoxplanlıdır, yaxşı keçmişə və yaxşı gələcəyə malikdir. Aleksandr Qriqoryeviç, bir daha Sizi salamlayıram. Sizə dost ölkə olan Azərbaycanda yaxşı vaxt keçirməyinizi arzulayıram.”

Belarus Prezidenti çıxışında qeyd etmişdir ki, son zamanlar Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, azad edilmiş torpaqlarda bu gün yüksək sürətli quruculuq işlərinin aparılması istiqamətində görülən işlər təqdirəlayiqdir. Bu quruculuq işlərində yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları və  aqroşəhərciklərin tikintisi sahəsində təcrübəsi olan Belarus şirkətlərinin iştirakı bizi çox sevindirərdi. Prezident Lukaşenko ölkəmizi Qafqaz regionunun sülh təminatçısı kimi göstərməklə yanaşı bu sülh quruculuğunun öz regionlarında da tətbiq edilməsinin məqsədəuyğun olmasını vacib qeyd etmişdir.

Səfər əsnasında  Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında protokol, Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair protokol, Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli sazişə əlavə və dəyişikliklər edilməsinə dair protokol, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə tədbirlər planı,  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Belarus Respublikasının Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin “İnvestisiya və Özəlləşdirmə Milli Agentliyi” Dövlət Müəssisəsi arasında Anlaşma memorandumu,  Bakı şəhəri ilə Minsk şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair memorandum,  Gəncə şəhəri ilə Qomel şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu, Qəbələ şəhəri ilə Qrodno şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair anlaşma memorandumu imzalanmışdır.

Son zamanlar Azərbaycanın Qafqaz regionunda sülhün təminatçısı kimi çıxış etməsini görən dünya dövlətləri ölkəmizlə sıx əməkdaşlıq etməkdə maraqlıdırlar. Bu maraqlar ölkəmizə yeni investisiyaların cəlb olunmasında vacib əhəmiyyət daşıyır.