YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva UNESCO-nun Baş Konfransının sədri ilə görüşmüşdür

Mayın 29-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban Əliyeva UNESCO-nun Baş Konfransının sədri Hao Pinq ilə görüşmüşdür.

Mehriban Əliyeva qonağı ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirərək həm Azərbaycan dövlətinin, həm də Heydər Əliyev Fondunun UNESCO ilə əlaqələrinin çox yüksək səviyyədə olduğunu qeyd etdi. “Mənim üçün şərəfdir ki, 10 ilə yaxındır UNESCO-nun xoşməramlı səfiriyəm”, - deyən Azərbaycanın birinci xanımı əlaqələrimizin ildən-ilə daha da genişlənərək yüksək səviyyəyə çatdığını bildirdi.

Heydər Əliyev Fondunun təkcə Azərbaycanda deyil, digər ölkələrdə də UNESCO ilə birgə layihələr həyata keçirdiyini diqqətə çatdıran Mehriban Əliyeva əminliklə vurğuladı ki, bu əməkdaşlıq gələcəkdə də inkişaf etdiriləcək və yeni layihələr reallaşdırılacaqdır.

Yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Hao Pinq UNESCO-nun baş direktoru İrina Bokovanın və təşkilatın xüsusi elçisi, Çinin birinci xanımı Pen Liyuanın salamlarını Mehriban Əliyevaya çatdırdı.

Hao Pinq Azərbaycanın birinci xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fondunun UNESCO ilə birgə elm, təhsil və mədəniyyət sahələrində həyata keçirdiyi layihələrlə əlaqələrin inkişafına böyük töhfə verdiyini diqqətə çatdırdı.

Qonaq ölkəmizin və paytaxt Bakının inkişafından məmnunluğunu vurğuladı.