YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Kürdəmir rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının “Kürdəmir rayon Psixiatriya Xəstəxanası” üzrə ərazi partiya təşkilatı təsis edilib.

Bu münasibətlə keçirilmiş təsis iclasında çıxış edən xəstəxananın baş həkimi Mahir Mirzəyev, YAP Kürdəmir rayon təşkilatının məsləhətçisi Məhəmməd Heydərli və digərləri Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu YAP-ın qısa müddətdə cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini deyiblər. Yeni Azərbaycan Partiyasının yarandığı gündən zəngin siyasi yol keçərək, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində və inkişafında böyük tarixi rol oynadığı qeyd olunub. 

Çıxışlardan sonra səsvermə keçirilib. Mahir Mirzəyev ərazi partiya təşkilatının sədri, Vüsal Məmmədli isə sədr müavini seçilib.