YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Beynəlxalq qurumlar dünyada mövcud olan problemləri həll etmək gücündə deyil

«Hazırda beynəlxalq təşkilatlar dünyada mövcud olan qlobal problemləri həll etmək gücündə və imkanında deyil». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, bu gün dünyada söz sahibi olan dövlətlər öz məqsədlərini həyata keçirmək hər cür yola əl atırlar. Onun sözlərinə görə, beyənlxalq güclər bütün məsələlərə öz maraqları baxımından yanaşırlar.

«Münaqişələrin həllinə müxtəlif yanaşmalar da bunu deməyə əsas verir. Yaxın Şərqdə də yaradılan münaqişələr, qətliamlar bunu bir daha təsdiqləyir. Reallıq budur ki, bu gün beynəlxalq hüquq normaları işləmir və bir sıra beynəlxalq qurumlar da müəyyən güclərin təsiri altındadır. Məhz bu kimi səbəblər üzündən Dağlıq Qarabağ problemi ilə bağlı qəbul olunmuş beynəlxalq sənədlər icra olunmur. Bu vəziyyətdən çıxmaq üçün, BMT-də, o cümlədən digər nüfuzlu beynəlxalq qurumların daxilində ciddi islahatlar aparılmalıdır»- deyə, E.Məmmədov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv