YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Buraxılış imtahanında 300 bal toplayan abituriyentlərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında Dövlət İmtahan Mərkəzinin 10 mart 2024-cü il tarixində keçirdiyi buraxılış imtahanında 300 bal toplayan 62 saylı məktəb-liseyin şagirdi Rəsul Həsənli, Kimya-biologiya təmayüllü liseyin şagirdi Həmidə Məmmədsoy və 238 saylı orta məktəbin şagirdi Nərmin Cəfərova ilə görüş keçirilib.

Görüşdə bildirilib ki, bu günə qədər keçirilmiş iki buraxılış imtahanında maksimum nəticəni göstərən - 300 bal toplayan abituriyentlərin ölkə üzrə sayı 53 nəfərdir. Onlardan 3 nəfəri isə Bakı şəhəri, Nizami rayonunda yerləşən məktəblərin şagirdləridir.

YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov abituriyentlərə uğurlar və qarşıdakı növbəti imtahan mərhələsində də ən yüksək nəticəni əldə etməyi arzu edib.

Məktəblərin rəhbərləri, abituriyentlər və onların valideynləri yaradılan təhsil şəraitinə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Sonra həm abituriyentlərə, həm də məktəb kollektivinə hədiyyələr təqdim olunub.