YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Politoloq: Azərbaycanın işğalçı dövləti bütün regional layihələrdən kənarda qoyması öz effektini verir

«Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan uğurlu siyasət aparır». Bu fikri politoloq Mübariz Əhmədoğlu deyib. 

M.Əhmədoğlu bildirib ki, bu gün Ermənistanda baş verən böhran Azərbaycanın gördüyü işlərin nəticəsidir”. Onun sözlərinə görə, Azərbaycanın işğalçı dövləti bütün regional layihələrdən kənarda qoyması öz effektini verir.

«Bu gün Dağlıq Qarabağ münaqişəsi həll olunsa belə, bu, Ermənistan dövlətçiliyini xilas etməyəcək. Baxmayaraq ki, Ermənistanın dövlətçiliyində çatları Qarabağ münaqişəsi  yaradıb. Ermənistan dövlətçiliyində yaranan yaraları münaqişənin həlli sağaltmayacaq. Qarabağ problemi başlayanda Azərbaycan SSRİ-nin tərkibində sıfır büdcə ilə çıxmışdı. Dünyada heç kim Azərbaycanı tanımırdı. Ermənistanın isə dövlət büdcəsi var idi. Bu gün münaqişənin başlanmasından 27 il ötür. İndi Ermənistanın bir dənə də olsun müttəfiqi yoxdur. Ermənistan dünya ermənilərinin arzu və investisiyalarının məzarlığına çevrilib»- deyə, politoloq qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv