YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Həqiqət anı yetişdi

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri                         

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər.

"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetrildi. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Rəsmi məlumatlara görə, mart soyqırımı nəticəsinində Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdi. Ümumiyyətlə Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqların zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir.

 Sovet hakimiyyəti dövründə 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi. Azərbaycan  müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edildi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

Baxmayaraq ki, tarixin müxtəlif dönəmlərində və son 30 ildə Azərbaycan xalqı faşist xislətli erməni millətçiləri tərəfindən həyata keçirilən etnik təmizləməyə, soyqırımına məruz qalıb. Xocalı faciəsi ermənilərin ən böyük vandal hərəkətidir. Onların nə qədər cılız, alçaq və şərəfsiz millət olduğunun göstəricisidir.  Amma  humanizm kimi yüksək bəşəri keyfiyyətlərə malik olan  xalqımız heç zaman qan tökülməsinə razı olmayıb, hər zaman sülhə tərəfdar çıxıb.

2020-ci il sentyabrın 27-dən etibarən də erməni vandallarının namərd hücumlarının yenidən şahidi olduq. Ermənistan müharibə boyu beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror törətdi. Ermənistan silahlı bölmələri gecə-gündüz yaşayış məntəqələrimizi atəşə tutdu. Lakin bu vəhşi qaniçən tayfa 44 günlük Vətən müharibəsi zamanı başlarına dəyən "dəmir yumruq" zərbəsi ilə xam xəyallardan ayılaraq "Qarabağ Azərbaycandır!" reallığını qəbul etməyə məcbur oldular. Uşaq qatili olan ermənilərdən fərqlənən Azərbaycan ləyaqətlə davranaraq, düşmənin yalnız hərbi obyektlərini nişan aldı və heç bir müharibə cinayəti törətmədi, mülki əhalini hədəf seçməyərək, düşməndən qisasını döyüş meydanında aldı.

Bu şanlı zəfər sayəsində torpaqlarımız 30 illik işğaldan azad edildi, yüz minlərlə keçmiş məcburi köçkünümüz yurd nisgilindən qurtuldu. Bu parlaq qələbə nəticəsində 30 il ərzində erməni vandallarının viran qoyduğu Qarabağ və Şərqi Zəngəzura yeni həyat qaytarıldı. Ancaq bu gün Azərbaycanla bağlı bəzi ölkələrin və təşkilatların  qərəzli qətnamələr qəbul etməsi riyakarlığın, ikili yanaşmanın son həddidir. Bizə qarşı aparılan çirkin kampaniyaların isə artıq heç bir əhəmiyyəti yoxdur və olmayacaq. Bizim iradəmizə, birliyimizə heç kim təsir edə bilməz. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğ”u daim düşmənlərimizin başı üzərindədir və Azərbaycanın rəşadətli ordusu indi hərbi xidmətdə daha ayıq-sayıq, daha əzmli, daha güclü və daha hazırlıqlıdır.