YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanov rayonunda ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının və Nərimanov rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Aksiyada Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, rayonda yerləşən qurumların rəhbərləri, ictimaiyyət nümayəndələri, fəal gənclər iştirak edib.

Aksiya çərçivəsində Nərimanov Bələdiyyəsi Parkının ərazisində 101 şam ağacı əkilib, ərazidə abadlıq işləri aparılaraq, yeni əkilən tinglər suvarılıb, aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu çərçivədə bütün ölkə ərazisində olduğu kimi Nərimanov rayonunda da il ərzində yaşıllıq sahələrinin genişləndirilməsi nəzərdə tutulur.