YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Təbiəti qoruyaq, yaşıllıqları artıraq”

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı və 288 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmirəylik ili” çərçivəsində “Təbiəti qoruyaq, yaşıllıqları artıraq” mövzusunda tədbir keçirilib.

Əvvəlcə məktəbin müəllimi Kəmalə Hüseynovanın və ibtidai sinif şagirdlərinin ölkəmizin təbiətinə həsr olunmuş rəsmlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə 288 nömrəli tam orta məktəbin direktoru Jalə Qədirova, YAP Qaradağ rayon təşkilatının nümayəndəsi Vüqar Ağayev çıxış edərək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın qəbul olunması beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsi olduğunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, Ümmumilli Lider Heydər Əliyev Azərbaycan təbiətinə, ətraf mühitin qorunmasına böyük diqqətlə yanaşıb və bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Qeyd edilib ki, bu kimi tədbirlərin keçirilməsində məqsəd əhalini, xüsusilə də uşaqları və gəncləri ekoloji proseslərdə aktiv iştiraka təşviq etməkdir.

Sonda məktəbin həyətində ağaclar əkilib, xatirə fotosu çəkdirilib.