YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərspace-2" telekommunikasiya peyki üzrə istehsalçının seçimi ilə bağlı tender elan edilib

“Azərspace-2" telekommunikasiya peyki üzrə istehsalçının seçimi ilə bağlı tender elan olunub. Hazırda təkliflərin qiymətləndirlilməsi prosesi aparılır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, peykin resurslarının 45,9 faizinin uzunmüddətli icarəsi ilə bağlı peyk rabitəsi üzrə dünya liderlərindən olan "İntersat" şirkəti ilə müqavilə imzalanıb. Nəticələr yaxın vaxtlarda açıqlanacaq.

2013-cü ilin fevralından fəaliyyətə başlayan Azərbaycanın ilk peyki - "Azərspace-1"in əhatə zonasına Avropa, Afrika, Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya regionları daxildir. Milli peyk "Azərkosmos" ASC tərəfindən ən yüksək beynəlxalq tələblərə cavab verən Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən dayanıqlı və fasiləsiz idarə edilməkdədir. Hazırda "Azərspace 1" peyki üzərindən 61 televiziya və radio kanalı yayımlanır.