YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Separatçılara heç bir halda haqq qazandırmaq olmaz

«Dağlıq Qarabağın separatçı rejiminin rəhbəri  Bako Saakyanın ayrı-ayrı dövlətlərə dəvət alması, onun bu yaxınlarda “Chatham House” beynəlxalq akademiyasında olması, orada çıxış etməsi, bundan əlavə müxtəlif ölkələrə dəvət alıb orada rəsmilərlə görüşlərin təşkil edilməsi nəticə etibarilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə xidmət etmir». Bu fikri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, belə hallar problemin həllinin daha da uzadılması mənafeyinə xidmət edir. Onun sözlərinə görə, istənilən halda separatçılara haqq qazandırmaq olmaz.

«Separatçılara qarşı müvafiq tədbirlər görülməlidir, mexanizmlər işə salınmalıdır. Amma təəssüf ki, biz bunun şahidi deyilik. Separatizmlə, terrorizmin nə qədər bir-birinə yaxın olduğu hər kəsə bəllidir. Onlar bir-birini tamamlayırlar. Bu nöqteyi-nəzərdən qondarma qondarma “DQR”nın rəhbəri Bako Saakyanın Rusiya tərəfindən mükafatlandırılması və ona “Böyük Pyotr” ordeninin verilməsi nəticə etibarilə separatizmin dəstəklənməsi və genişlənməsi üçün əlavə imkanlar yaradır. Təbii ki, bu, çox mənfi bir haldır və tendensiyadır. Hesab edirəm ki, bu şəkildə münaqişəni həll etmək mümkün olmayacaq. Sözün həqiqi mənasında beynəlxalq birlik, ATƏT-in Minsk qrupu və onun həmsədr dövlətləri bu münaqişəni həll etmək istəyirlərsə o zaman gərək belə addımlar atmasınlar və separatizmin liderinə dəstək göstərməsinlər. Bu, artıq bir president yaradır»- deyə, politoloq  qeyd edib.

DİGƏR Xəbərlər Arxiv