YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubalılar tərəqqiyə səs verəcəklər!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Quba rayonunun Aşağı Atuc kəndi və Qonaqkənd qəsəbəsinin seçiciləri ilə görüş keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Qonaqkənd qəsəbəsindəki abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.
Görüşdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşviqat qrupunun üzvləri Elxan Məhərrəmov, Saməddin Nəsirov, Ramiz Ramazanov, Müsənnif Ramazanov və Tehran Əmiraslanov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Azərbaycan son 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar əldə edib. Həyata keçirilən iqtisadi, siyasi, sosial islahatların uğurlu nəticələri olaraq dövlətimizin qüdrəti daha da artıb, xalqımızın rifah halı yaxşılaşıb.

Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı Qələbə ilə tarixi torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz bərpa edilib.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə, tərəqqiyə və parlaq gələcəyə səs verməyə dəvət ediblər.

Seçicilər də öz növbəsində fevralın 7-də cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv