YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB Parlamentlərarası Assambleyası prezident seçkilərinin monitorinqi üçün Belarusa müşahidəçilər qrupu göndərəcək

MDB iştirakçı ölkələrinin Parlamentlərarası Assambleyası (PA) oktyabrın 11-də keçiriləcək Belarus Prezidenti seçkilərinin hazırlanmasının və keçirilməsinin beynəlxalq monitorinqində iştirak etməyə dəvət olunub.

AZƏRTAC bu xəbəri MDB PA-nın rəsmi saytına istinadla xəbər verir.

Məlumatda bildirilir: “Parlamentlərarası Assambleya MDB PA-nın iştirakçı ölkələrinin deputatlarından və parlamentarilərindən, habelə MDB PA-nın Demokratiyanın, Parlamentarizmin İnkişafı və Vətəndaşların Seçki Hüquqlarına Əməl Olunması Monitorinqi Beynəlxalq İnstitutunun katiblik şurasının əməkdaşlarından və ekspertlərindən ibarət müşahidəçilər qrupunu formalaşdırır və Belarus Respublikasına göndərəcək”.

Müşahidəçilərin təkcə Minskdə deyil, habelə regionlarda, xaricdə yerləşən seçki məntəqələrində elektoral monitorinqlər aparması planlaşdırılır.